Əgər bağırsaq xərçənginə yoluxmaq istəmirsinizsə...
Alimlər kişilərin qida rasionuna daha çox bitki mənşəli qidalar daxil etməyi tövsiyə edirlər.
Nə qədər ət sevən olsanız da, ancaq bitki tərkibli qidalarının əhəmiyyətini unutmamalıyıq. Kişilərin sağlamlığı üçün bu, xüsusilə təhlükəli ola bilər.
Tərəvəz, dənli bitkilər (buğda, qarabaşaq yarması, yulaf, düyü) və meyvələrin gündəlik istehlakı ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və 2-ci tip diabet riskini azaldır.
Meyvə və tərəvəzlərin müntəzəm istifadəsi hətta bəzi xərçəng növlərinin riskini də azalda bilər.
160 mindən çox ABŞ sakininin iştirak etdiyi yeni araşdırma kişilərin xüsusilə bitki qidalarına "arxalanması" lazım olduğunu göstərdi. Bu, həmin məhsulların qadınlar üçün o qədər də faydalı olmadığı mənasına gəlmir, sadəcə ona görə ki, kişilər ət və ət məhsullarına üstünlük verərək pəhrizlərinə tərəvəz və meyvələri daha az əlavə edirlər.
Tərəvəz, meyvə, tam taxıl (buğda, yulaf), paxlalılar, qoz-fındıq və toxumlarla zəngin qidalanma kişilərdə kolon xərçəngi riskini 22% azaltmaqla əlaqələndirilir.
Tədqiqat müşahidə xarakteri daşıyır, yəni elm adamları müəyyən qidaların niyə daha çox bağırsaq sağlamlığı ilə əlaqəli olduğunu hələ də bilmirlər. Buna baxmayaraq, onların bir neçə fərziyyələri var.
Rasionun xərçəng riskinə təsiri ilə bağlı əvvəlki araşdırmalarda da kişilər və qadınlar arasında fərqlər aşkar edilmişdi.
Məsələn, “British Biobank” tərəfindən aparılan bir araşdırmada, nisbətən az ət yeyən kişilərin kolon xərçənginə tutulma ehtimalı çox ət yeyənlərə nisbətən 9% az idi. Lakin qadınlar arasında belə bir fərq müşahidə edilməmişdir.
Təəssüf ki, yeni araşdırmada heyvan mənşəli məhsulların müxtəlif növləri arasında fərq qoyulmayıb. Bu, nəticələrin qiymətləndirilməsini bir qədər məhdudlaşdırır, çünki balıq və süd məhsulları, məsələn, sağlamlıq riskləri baxımından daha az zərərli ola bilər.
Paralel.az