İran molla diktaturası əxlaq polisini ləğv etdimi/edərmi - To xahəre əzize mən - II yazı

İran molla diktaturası əxlaq polisini ləğv etdimi/edərmi - To xahəre əzize mən - II yazı
 

Siracəddin Hacı:
- Üsyan üç aydır ki, davam edir, gənc nəsil rejimin insanların geyim biçiminə qarışmasına, baş örtüsünün məcburi olmasına qarşı çıxır, etirazçılar sırasında hakimiyyətdə təmsil olunan bir sıra önəmli şəxslərin övladları, yaxınları da var, nəticə çox ağırdır, 500-dən çox insan öldürüldü, etiraz İranın bütün şəhərlərinə yayıldı, sosial, etnik, iqtisadi tələblər ortaya çıxdı, rejimin hakimiyyətdən getməsi tələb olundu, Xamneyiyə-diktatora ölüm şüarları daha güclü səslənməyə başladı;
- Vəziyyətə nəzarət imkanını itirən rejim etirazların üçüncü ayında güzəşt əlamətləri göstərdi, iki addım atdı:

a) qorxu və ümid siyasəti tətbiq etdi, Baş Prokror əxlaq polisinin ləğv olunduğunu söylədi, Daxili İşlər Nazirliyi bu xəbərin doğru olmadığını bildirdi, rejim güzəşt məni zəif göstərər, üsyançıları cəsarətləndirər anlayışı ilə hərəkət etdi, prezident Rəisi parlamentdəki çıxışında bildirdi ki, İranın Ana Yasası dəyişdirilməyəcək, bizim qanunlar inqilabın dəyərlərini qorumaq, İran xalqının mənafelərinə uyğun addım atmaq üçündür, bir general Tehrana vali təyin olundu, bu addımla üsyançılara mesaj verildi ki, daha sərt addımlar atılacaq;

b) bununla birlikdə, rejim öz içində ümid qanadı da formalaşdırdı, parlamentin sədrini önə çıxartdı, o özünü yeni mühafizəkar adlandırdı, islahatlar olacaq, tələblər nəzərər alınacaq dedi, Milli Təhlükəsizlik Şurasının sədri Şamxaninin – o, qatı muhafizəkarlardan biridir – liberallarla görüşdüyü iddia olundu;
- Rejim əxlaq polisi ləğv olundumu, olunmadımı oyunu ilə vaxt qazanmağa çalışır, dovlət qurumları məsuliyyəti bir-birinin üzərinə atırlar, bu, rejimin içində ciddi fikir ayrılıqlarının olduğunu da göstərir;
- Xalqın, islahatçıların, ölkənin içində və xaricdə olan muxaliflərin güclü təzyiqini hiss edən molla rejimi orta yol tapmağa çalışır: geyimlə bağlı qanunlar dəyişməyəcək, ancaq bu qanunların tətbiqində geriyə addım atılacaq, hökmlər qanunda qalacaq, ancaq cəzası olmayacaq. Rejim bilir ki, artıq əvvəlki İran yoxdur, xanımlar başıaçıq gəzirlər, azadlığı dadmış xalqı susdurmaq çətindir, gənclər deyirlər ki, telefonumuz, kameramız, internetimiz silahımızdır. Krosna antenlərinə münasibət də belə idi, qanunla yasaq olmasına baxmayaraq, ondan istifadə edirdilər;
- Muhafizəkarlar bu güzəştə qarşı çıxırlar, deyirlər ki, güzəşt güzəşt gətirəcək, Qorbaçovun addımlarını yada salırlar, o, güzəşt etdi, vəziyyət nəzarətdən çıxdı, rejim də, SSRİ də dağıldı;
- Bu gün İranda önə çıxan iki sual var: rejim bu etirazların qarşısını ala bilmədi, yoxsa almaq istəmədi? Cavabları sıralayaq:

1) Xamneyi xəstədir, hadisələri idarə etmək imkanı azdır, onun dövlətin gücünü səfərbər etmək imkanı olmadı, yoxdur, lider zəifləyəndə komando da zəifləyir, kimsə məsuliyyəti öz üzərinə götürmək istəmir;

2) Rəisinin dövləti idarə etmək təcrübəsi yoxdur, o və nazirləri hadisəni vaxtında doğru oxuya bilmədilər, tərəddüd etdilər, gecikdilər, zəruri addımları atmağı bacarmadılar, nəticədə, vəziyyət nəzarətdən çıxdı;

3) Rejim dialoq deyil, şiddət yolunu seçdi, şiddət şiddətə yol açdı, dalğa-dalğa böyüdü;

4) rejimin içində Xamneyidən sonrakı dövr üçün kəskin mübarizə var, bu, parçalanmaya yol açır, kimsə risq almaq, xalqa qarşı getmək, gözdən düşmək istəmir;

5) rejimin tərəfdarları da narazıdırlar, onları mitinqə zorla apararırlar;

6) polis etirazçılara qarşı çıxmaq istəmir – üsyançılarla savaşan rejimin sadiq qüvvələridir;

7) İranın köklü siyasi, iqtisadi, sosial, etnik sıxıntıları var, zülm fərqli kəsimləri birləşdirir, üsyançıların əlini gücləndirir;
- Liberallar rejimi islahata təşviq etmək üçün İran şahını örnək göstərirlər: o tərəddüd etdi, islahatları gecikdirdi, vaxtında uyğun addımlar ata bilmədi, devrildi, qaçdı; 

İrandakı sosial dəyişimi, anlayış fərqini göstərmək üçün iki örnək verirəm: 1) etirazçı gəncləri həbs edən polis deyir ki, mən onları başa düşə bilmirəm, onlar da məni, biz ayrı-ayrı dillərdə - anlayışlarda danışırıq, çox fərqli düşünürük; 2) baş örtüsünü atmış qız polisə çiçək verir, o da qıza təşəkkür edir, belə deyir: to xahəre əzize mən – sən mənim əziz bacımsan;
- Bütün əlamətlər açıq göstərir ki, İran sürətlə dəyişimə doğru gedir, güclü olan haqqını alacaq;

Paralel.az

0.026511192321777