İslahatlara gecikən universitetlərimiz

İslahatlara gecikən universitetlərimiz
 
İlham Əhmədov:

Azərbaycanda yeni formatlı müasir universitetlərin yaranmasına ciddi ehtiyac var. Çünki, ölkənin gələcək iqtisadi və sosial vəziyyəti universitetlərimizin bu günkü durumundan asılır, bu gün universitetlərimiz hansı vəziyyətdədirsə, sabah ölkə də o vəziyyətdə olacaq. Universitetlərimizin durumu isə heç də ürək açan deyil. ATM-də (ali təhsil müəssisələri) islahatlara çox gecikmişik. 

Biz artıq ənənəvi, klassik universitetlərin dövrünün bitdiyini, distant, onlayn təhsil zamanı gəldiyini 20 ildir bizim möhtəşəm nazirliyə başa sala bilmirəm. Hətta pandemiya da bunlara dərs olmadı. Yaşlı nazir deyirdi ki, mənə distant təhsil lazım deyil. Cavan nazirlərə isə nə lazım olduğu hələ məlum deyil. Hər halda təhsil lazım olsaydı ətrafına təhsili bilən komanda yığardılar. 

Belə bir qeyri müəyyənlik şəraitində UNEC ölkədəki ATM nəzərən bir Universitet olaraq inkişaf etmək, digərlərindən yaxşı mənada fərqlənmək istəyir. Yenilik və inkişaf istəyir, amma onun müasir "Ali Məktəb Pedaqogikası"nı bilən, innovativ təhsili dərk edən, təhsildəki qlobal trendlərə bələd olan mütəxəssisləri azdır. Artıq 9 ildir cəhdlər edilir, bu az müddət deyil. Bu müddətə 0-dan yeni müasir bir universitet yaratmaq olardı. Amma tək əldən səs çıxmaz. Bu işdə ETN-nin ciddi dəstəyi olmalıdır, hansı ki, bu 30 ildə heç bir universitet belə dəstəyi hiss etmədi. Beĺə getsə, heç Agentlik də dəstək verə bilməyəcək. Çünki, nə universitetlər, nə ETN hələ özləri də bilmirlər hardan başlasınlar, nə etsinlər?

Ölkədə ali təhsilin müasir trendlərini bilən beyin mərkəzlərininə, tədqiqat institutlarına, müasir pedaqoqlara, təcrübəli mütəxəssislərə ciddi ehtiyac var. Bunları nə repetitorların sırasından, nə abitutiyent hazırlıq kurslarından tapmaq mümkün deyil. Çünki, nə ETN, nə də ATM belə komandaların hazırlanması barədə heç vaxt düşünməyiblər. Biz hələ 7 il əvvəl ATM və ETN-nə təklif etdik ki, universitetlərin nəzdində ("İqtisadi təhsilin inkişafı",

" Təhsilin rəqəmsallaşması " v.s. adlı) elmi tədqiqat mərkəzləri, tədqiqat institutları yaratmaq lazımdır. Bütün inkişaf yönlü strategiya və proqramları, tədris, metodik və elektron resursları, müəllimlərin metodik cəhətdən təkmilləşdirilməsi v.s. layihələr orada hazırlansın və icrası edilsin, monitotinqi aparılsın. Amma heç kim inkişafa pul ayırmaq istəmir, potensiallı kadrlara ehtiyac duymur, ciddi islahatlar başlamağa risk etmir, hamı sözdə inkişaf istəyir. Çünki, zəruri maliyyə dəstəyi də verilmir ATM. Bu qeyd edilən problemlər bütün universitetlərdə, eləcə də ETN-də mövcuddur. .... Ölkənin gələcəyi isə universitetlərdə yetişir.

Paralel.az

0.02728796005249