Farsiya, Persiya, İran adları necə yaranıb?
DİLÇİLİK SİYASƏTİN KEŞİYİNDƏ.
(FARSİYA, PERSİYA, İRAN ADLARI NECƏ YARANMIŞDIR?)
İranın qədim adı “Farsiya” Fironun dövründə dalğa nəzəriyyəsi əsasında yaranmışdır.Ölkənin “Farsiya” adı atəşpərəstliyə (fərr – od) əsasən meydana gəlmişdir.Ellinizm dövründə yunanlar “Farsiya” toponimini “fir” sözünün latın – yunan variantı olan “per” sözü əsasında Persiya, onun mərkəzi Təxti – Cəmşidi isə Persepolis adlandırmışlar.(”Police” sözü yunan dilində “çoxluq” mənasını bildirib, ərazidə əhalinin çoxluğu əsasında “police - şəhər” neologizmini yaratmışdır.) Makedoniyalı İskəndər Daranı məğlub etdikdən sonra, Yunan-Persiya müharibəsi zamanı persiyalıların qədim Yunan şəhəri Akropolu yandırmalarının qisasını alaraq, Persepolisi qarət etdirib, yandırmağı əmr etmişdir.Eyni zamanda öküz dərisi üzərində qızılı su ilə yazılmış Avestanı da odda yandırtmış və onların ruhlarını sındırmışdır.
“İran” adı isə Kirin (Kserks) adındandır.Ellinizmin və onun ardınca Roma imperiyasının süqutundan sonra farslar ölkələrini Kirin şərəfinə “İran” adlandırmışlar.”İran” sözünün 1-ci hissəsə “ir” sözü “kir” sözündən, “an” isə cəm şəkilçisi olaraq “Kirlər ölkəsi” semantikasını bildirir.”Xəzər” dənizinin adının iranlılar tərəfindən “Kirkan, Hirkan, Girkan adlandırılması da həmin məxəzdəndir.”Xəzər” sözü Qədim Oğuzların həmin ərazidə məskunlaşması səbəbindən yaranmışdır.Xəzər sözü “ğu+z” sözündəndir.Sözdə ”ğ-x” qohum səs keçidi olmuşdur. Sözün 2-ci hecası “ər” də “qor” tanrısının adından səs düşümü ilə “ər” şəklində yaranmışdır.
Təbriz şəhərinin adı heç bir mənada fars dilinin lüğətindən keçmir.Maraqlıdır ki, Təbriz adı ilə Massagetlərin hökmdarı Tomirisin adının ikinci hecası “ris-z” oxşarlıq təşkil edir.Herodot e.ə. “Tarix” əsərində Massagetlərin hökmdarı Tomrisin dövlətini indiki Araz çayı ətrafında yerləşdiyini söyləyir.E.ə.529 cu ildə Kirin hiyləsi ilə Tomrisin oğlunun həlak olmasından sonra onların arasında müharibə başlayır.Tomris Günəş Tanrısına and içir ki, Kiri qan gölündə boğacaqdır.Həqiqətən də Tomris bunu bacarır.Kirin başını kəsir. Onun başını insan qanı ilə doldurulmuş tuluğun içərisinə soxur.Yəqin ki, bu tarix heç kimin yadından çıxmamışdır.Yunanlar və romalılar oğuzları “massagetlər” adlandırmışlar.Latın dilində “mas”- “kişi, adam”; “sagetta” isə “ox” deməkdir.Onlar bizim Oğuz xalqının adının “ox” inancından yarandığını öyrənərək bu cür adlandırmışlar.Massaget tərcümədə “oğuzlar” mənasına gəlir.
Məhşur coğrafiyaçı alim Strabon eramızın əvvəlində Roma ekspediyası ilə Azərbaycana gəlmiş və ölkəmizin xəritəsini tərtib edərkən, o da, oğuzları “Arxsag”lar adlandırmışdır.”Arxios” latınca “qədim”, “sag-sagetta” isə “ox-oğuz” sözündən olub, “Qədim oğuzlar” mənasını bildirir.(ermənilərə dilçilikdən dərs.Erməni nə vaxtdan “Qədim Oğuz” oiub?)
Təbriz sözü ilə Tomris sözünün 2-ci hecası “ris,z” tarixi oçerkdə qeyd olunan Araz çayının qədim adından götürülmüşdür.Araz çayı qədim zamanlarda “ərəz” kimi deyilmişdir.Ümumiyyətlə qədim toponimlərin istər oykonim, istər oronim, istərsə də hidronimlərin adlanması qədim insanların tanrılarının və onların inanclarının adı ilə yaranmışdır.”Araz” çayı qədim oğuzların “qor” tanrısının”q”- səsdüşümü ilə ar, or, ər və s. saitlərlə əvəzlənərək ərəz, uraz, oraz, uras, aras, araz- Araz kimi şəklini dəyişmişdir.Sözün 2-ci hecası “az,as” isə qədim türklərin “us” – “su, çay” sözündəndir.Söz bütövlükdə “Araz-Qor tanrısının çayı” mənasına gəlir.Əslində “oğuz” sözünün özü də ulu dil və ulu tanrının adı “qa+z” dan yaranmadır.Oğuz sözündəki “o” səsartımıdır.Dildə yeni sözlər yaradılarkən fərqləndirilmə cəhətdən tanrının adında qohum sait və samit keçidlərindən istifadə olunmuşdur.Araşdırmadan məlum olur ki, “riz-s” sözü fonetik qaydada Araz çayının qədim tələffüz forması olan “Ərəz,s” sözündəndir.
O ki, qaldı Tomirisin adına, praktikadan məlumdur ki, qədim dövrdə tarixi əsərlər yunan-latın tarixçiləri tərəfindən qələmə alınmışdır.Qədim türk hökmdarlarının adları transliterasiya və kalka üsulu ilə dəyişdirilmiş, öz dillərində tərcümə olunmuşdur.Tomiris adının 1-ci hecası “tom” sözü “dominant”- “hökmdar” sözünün qısa formasıdır.”Tomiris” sözü bütövlükdə “Arazın hökmdarı” həqiqi mənasına gəlir. Sözdə “d-t” əvəzlənməsi olmuşdur.Herodotun yazdığı “Tarix” kitabı itdiyi üçün onun yazdığı tarixi əsərlər şifahi şəkildə yayılmışdır.
P.S.Teolinqvistika öz sözünü deyir.
Müəllif: Həsən Əliyev
"Paralel.az"