Təbriz şəhərinin adının etimologiyası

Təbriz şəhərinin adının etimologiyası
 

Həsən Əliyev:

(İLK DƏFƏ YAZILIR)
Təbriz şəhəri Azərbaycanın mənəvi və mədəni paytaxtı sayılır.Elm və mədəniyyət mərkəzi olmaqla yanaşı həm də, beynəlxalq karvan yollarının hamısının qovşağında yerləşməklə, sanki Avropa-Asiya ticarətini tənzimləmişdi.Dünya ölkələri arasındakı beynəlxalq ipək və toxuculuq malları ticarətində əsas həlledici rol oynayırdı.

Təbriz şəhərinin adının etimologiyası ilə məşğul olanlar qədim tarixi mənbələrdə onun adının Tarui, Tarmakis- “Dağ arası”, bəzilərində tab+ris farsca “Günəş saçan” kimi atəşpərəstliklə əlaqələndirməyə çalışmışlar.Lakin Təbriz toponiminin adı bu adlarlın heç biri ilə üst-üstə düşməsini mümkün saymaq olmaz.Bu arqumentlər farslaşmaya xidmət etməkdən başqa bir şey deyildir. Eyni zamanda Təbriz şəhərinin adı yazılı mənbələrdə Tavrez, Tavriz, Tavariz kimi də getmişdir.

Təbrizin və onun əyalətlərinin əhalisinin türkköklü və türkdilli olması imkan verir ki, şəhərin adı doğma dildə axtarılsın.Hamıya yaxşı məlumdur ki, müasir coğrafi xəritələrdən əvvəl, dövlətlər əhalisinin milli kimliyi ilə tanınırdı.Məsələn: müasir çoxsaylı ərəb ölkələri Ərəbistan kimi, Avropa ölkələri Qaliya kimi, Yunan ölkələri Rum, türkköklü xalqlar Oğuz elləri,slavyan dilli xalqlar Slavyanlar ölkəsi kimi tanınırdı.Burada dövlətlərin əraziləri xalqların dil qohumluğu prinsipi əsasında formalaşırdı.Məhz avropalılar Xəzər və Araz ətrafı Oğuz xalqlarını tərcümə əsasında massagetlər və saklar kimi adlandırmışlar.(Bundan əvvəlki məqaləmdə izah etmişəm.)Son dövrlərdə dünyanın yenidən bölüşdürülməsindən sonra böyük dövlətlərdən tutmuş cırtdan ölkələrədək xəritə üzərində onların bölgüsü təyin edilmişdir.

Qədim Azərbaycan da dünyanın bölüşdürülməsindən sonra, əvvəlkindən 10 dəfə kiçik bir ərazidə qalmışdır.Həmin dövrdə Osmanlı İmperiyasının zəifləməsi səbəbindən Türkiyə də eyni acını yaşamışdır...
Keçək əsas məsələyə.Təbriz şəhərinin adı necə yaranmışdır?

Tarixi mənbələrdə qeyd olunan Təbriz adının qəlibinə yaxın “Tavrez,Tavriz , Tavariz” kimi toponimlərin üzərində dayanaq.Kaşğarinin “Divani Lüöəti Türk”ündə (tərcümə pr.Ramiz Əskər.) “təvə, təvəy, təvi” sözləri tərcümədə “dəvə” heyvanının tərcüməsi kimi verilir.Bu sözdə sadəcə olaraq t-d mümkün keçidi baş vermişdir: “təvə-dəvə.” Həmin lüğətdə “tavar” sözü “mal, əşya” kimi mənalandırılmışdır.Eyni zamanda “tavar” sözü heyvanat mənasında “davar” kimi də verilmişdir.”Təvə, dəvə” sözü dövründə psixolinqvistik yolla bir neçə yeni sözlər yaratmışdır.Hamıya yaxşı məlumdur ki, Qədim İpək Yolu Çindən Təbrizə qədər uzanırdı. Demək olar ki, Təbriz şəhəri İpək Yolunun deposu sayılırdı.Mal ticarəti bu şəhərdə aparılırdı..Bu uzaq karvan yolunu yəni qumlu səhraları, susuz yolları ancaq ən güclü heyvan sayılan dəvələr qət edə bilərdi.Dəvələr həm də, yüktutumuna görə əvəzediməz sayılırdı.
Etimoloji araşdırmadan məlum olur ki,”təvə, dəvə” sözündən ilk növbədə “tavar- mal, əşya” sözü yaranıb.Malın daşınması “dəvə yükü” kimi mənalanmışdır.Bu gün də bəzi adamlar qıza cehiz verəndə onu “neçə dəvə yükü cehiz” kimi hesablayırlar.Yəni malın, əşyanın dəvə ilə daşınması “tavar” sızünü yaratmışdır.Bu sızün mal-qara mənası da dəvə heyvanının mal cinsinə aid olmasındandır.
Qədim türklər çox vaxt “yol” sözünü “riz” sözü ilə yanaşı işlətmişlər.”Yol-riz” sözü günümüzdə də öz semantikasını qoruyub, saxlamşşdır.Hətta “iz” sözümüz də “riz” sözündən hərfdüşümü ilə yaranmışdır.

Əgər biz qədim Təbrizi karvan yolunun qovşağı kimi tanıyırıqsa, demək, karvanın da dəvələrdən ibarət olması məlumdur.Semantika bu gün “karvan uolu-dəvə yolu“ kimi başa düşülür.Qədim “riz” sözü arxaikləşdiyindən bu söz ayrılıqda “yol” mənasında işlədilmir.Ancaq Təbriz şəhərinin adının qədim dövrdən məlum olması, “riz” sözünün həmin dövrdə “yol” kimi müstəqil məna daşımasını mümkün sayılır.
Əslində “Tavariz” sözünün ilkin forması “tavar+riz” olmuşdur.Sözün 1-ci hecası “tava”sözü “dəvə” sözündən olub, hecada mümkün “v-b” fonetik hadisəsi nəticəsində “təb” şəklini almışdır. 2-ci heca “riz” sözü “yol” mənasını bildirmişdir.Sadəcə olaraq “r” hərfinin biri eliziyaya (səsdüşümü) uğramışdır ki, bu da dilçilikdə praktik hadisə kimi sayılır.

Psixolinqvistik araşdırmadan məlum olur ki, qədim mənbələrdə Təbriz şəhərinin adının “Tavariz” kimi getməsi həqiqətə uyğun saymaq olar.Sözlərdə fonemlər üst-üstə düşür və sözün semantikası özünü tarixi cəhətdən tam doğruldur.Tavariz sözü illər keçdikcə sözdə “sıxılma” prosesi getmiş və nəticədə “Tavrez, Tavriz” kimi və sonda bu günkü “Təbriz” formasını almışdır.Rus dilində olan “yoldaş” - ”товарищ” sözü də bu məxəzdəndir.Yəni “bir işdə yoldaşlıq edən adamlar” mənasını bildirir.

Oxuduğunuz üçün təşəkkür edirəm.
P.S.Bu məqaləni yazmaqda mənə stimul verən alim Kamil Allahyarova təşəkkürümü bildirirəm.O. mənə əvvəlki məqaləmdə Təbriz şəhərinin adı ilə bağlı iradlarını bildirməsəydi, mən bu çətin araşdırmaya girişməzdim.
Əslində bu məqalə bu günkü geosiyasi məsələlərə aydınlıq gətirən bir mövzudur.Yəni oğuzların əzəli şəhəri Təbrizin yerli xalqın dilində yaranması təsbit olunur.Təbriz sözü təsvirlə deyil, onun orfoqrafiyası fonetik qaydada açılmışdır.Tarixi mənbələrdə gedən ad özünün bu günkü forması ilə eyni paralelliyə gəlməsi sübut olunur.Əslində bu etimoloji araşdırma məntiq və psixolinqvistik yanaşma əsasında hasil olmuşdur.Araşdırma nə qədər çətin olsa da nəticə mənim üçün qənaətbəxşdir.

Paralel.az

0.041754961013794