Ən zəngin kral və monarxlar - FOTO
Kraliça II Yelizavetanın ölümündən sonra Britaniya kral ailəsinin əslində nə qədər pula sahib olduğu və kimlərin bu varidatdan miras alacağı ilə bağlı bir çox söz-söhbətlər yayılmışdı. Bu yazıda ən zəngin kral və monarxlardan haqqında bəhs edilir.
İspaniya kralı VI Felipe
İspaniya kralı VI Felipenin sərvtinin 2,8 milyon dollar olduğu bildirilir.
2022-ci ilin aprelində o, kral ailəsindən rüblük maliyyə hesabatlarını paylaşmağı tələb edən qanun qəbul edildikdən sonra şəffaflıq nümayiş etdirmək üçün öz sərvətini açıqlamaq qərarına gəldi.
Belçika kralı Filipp
2013-cü ildə Belçika kralı Filippin sərvəti təxminən 14 milyon dollar idi.O vaxtdan onun gəlirləri haqqında yenilənmiş məlumatlar dərc olunmayıb.
Norveç kralı V Harald
1991-ci ildə Norveçdə taxta çıxan kral V Haraldın sərvəti 30 milyon dollar qiymətləndirilir. Buna baxmayaraq, Harald və ailəsi digər monarxlarla ilə müqayisədə nisbətən daha sadə həyat sürməyə çalışır. Məsələn, onun övladları dövlət məktəbinə gedirlər və ailə tez-tez ictimai nəqliyyatdan istifadə edir.
Danimarka kraliçası II Marqret
“Celebrity Net Worth” un məlumatına görə, ingiltərə kraliça II Elizabet 96 yaşında vəfat etdikdən sonra Avropada ən uzun müddət taxta qalan danimarka kraliçası II Marqaretdi. O, atası IV Frederikin ölümündən sonra Danimarka taxtına çıxıb. 50 ildir ki, taxt-taca sahib olan qadının sərvəti təxminən 40 milyon dollardır. Dövlət kraliçanın şəxsi xərclərinə əlavə olaraq əmlakının saxlanması və işçilərin maaşlarının ödənilməsi xərclərini əhatə edən aylıq 705,000 dollar müavinət verir.
Kral Çarlz
Şahzadə Çarlz Kral elan olunduqdan sonra mediada onun maddi durumu ilə bağlı məlumatlar yer alıb. Kralın sərvətinin 42, 5 milyard dollar olduğu öyrənilib. Üstəlik anası Kraliça II Yelizavetanın ölümündən sonra İngiltərə kralı III Çarlza 500 milyon dollara yaxın miras da qalıb.
Monako şahzadəsi Albert
Monako şahzadəsi Albertin 1 milyard dollar sərvəti olduğu iddia edilir.
Albert Monakodakı torpaqların təxminən dörddə birinə sahibdir. 2016-cı ildə o, anası aktrisa Qreys Kelliniyə Filadelfiyada 754 min dollara ev alıb.
Lixtenşteyn şahzadəsi II Hans Adam
“Insider”in məlumatına görə, Lixtenşteyn şahzadəsi II Hans Adamın sərvəti təxminən 3,5 milyard dollardır.
Bu sərvətin böyük hissəsi Lixtenşteynin” Princely House”a məxsus özəl bank olan “LGT Group”dan gəlir.
Lüksemburqun Böyük Dükü Henri
Lüksemburqun Böyük Dükü ( Hersoq) Henrinin 4 milyard dollar sərvəti olduğu və onun ailəsini Avropanın ən varlılarından birinə çevirdiyi bildirilir. Henrinin ailəsi maaş almasa da, onun ailəsi xərclərinin bir hissəsini ödəmək üçün təxminən 325.000 dollar almaqdadır.
Mərakeş kralı VI Məhəmməd
“Forbes” in məlumatına götə, Mərakeş kralı VI Məhəmmədin sərvəti təxminən 5,7 milyard dollar civarındadır. Atası Kral Həsənin ölümündən sonra Məhəmməd Mərakeşin bəzi ən böyük şirkətlərində pay sahibi olan “Societe Nationale d'Investissement” holdinqinin 35%-lik payını miras aldı. O, ölkədəki fosfor mədənlərinin sahibidir. Həmçinin Mərakeşin ən böyük dövlət şirkəti “ONA”nın da yeganə sahibidir.
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun sərvəti 17 milyard dollardır. 2018-ci ildə Səudun evinin qiyməti təxminən 1,4 trilyon dollar dəyərində qiymətləndirilirdi. Qeyd edək ki, onun bu böyük sərvəti 15.000 ailə üzvü arasında bölündü. “CNBC”verdiyyi məlumata görə, onların yalnız 2000-ə yaxını sərvətin əksəriyyətinə sahib oldu.
Əbu-Dabi əmiri və Birləşmiş Ərəb Əmirliklərinin keçmiş prezidenti Xəlifə bin Zayed əl -Nahyan
Əbu-Dabi əmiri və Birləşmiş Ərəb Əmirliklərinin keçmiş prezidenti Xəlifə bin Zayed əl Nəhyanın sərvətinin təxminən 18 milyard dollar olduğu iddia edilir. O, BƏƏ-nin dəyəri yarım trilyon dollardan çox olan neft ehtiyatlarını idarə edən Abu Dabi İnvestisiya Təşkilatının sədri olub. Onu "Citybank"la birlikdə dünya üzrə bir neçə ortaq sərmayələri var. Nyu Yorkdakı 800 milyon dollar dəyərində olan "Chrysler" binasını satın almaq niyyətindədir.
Qətər əmiri Təmim bin Həməd əl-Tanin
Qətərin kral ailəsi dünyanın ən zəngin ailələri sırasındadır. Xaricdəki aktivləri ilə yanaşı, ölkədəki sərvətləri ilə də seçilən ailə xüsusilə İngiltərənin paytaxtı Londonda önəmli daşınmaz əmlaka sahibdir.
Qətər əmiri Təmim bin Həməd əl-Taninin ailəsinin hazırkı sərvətinin 335 milyard dollar olduğu bildirilir.
Qətərin keçmiş əmirinin xanımı Şeyxa Moza bint Nassir əl-Missnəd
Kral ailəsinin üzvü olan Qətərin keçmiş əmirinin xanımı Şeyxa Moza bint Nassir əl-Missnəd Londonda 80 milyon dollara malikanə alıb. Bundan sonra daha 2 mülk üçün 40 milyon dollar ödəyib.
Kral ailəsinin malikanəsi göz qamaşdırır. Məlumata görə, malikanədə 7 yataq otağı, 11 qonaq otağı, 9 hamam, gözəllik salonları, idman zalı və qapalı hovuz var.
Bu ailənin üzvləri avtomobillərə olan maraqları ilə də tanınırlar. Məlumata görə, dünyada sürət rekordu qıran avtomobillər arasında yer alan ”Bugatti Chiron Super Sport 300” də kral ailəsinin qarajlarında dayanan avtomobillərdən sadəcə biridir.
Qətər Şeyxi Hamad bin Xəlifə Əl-Sani
Sərvəti təxminən 2 milyard dollar olan Qətər Şeyxi1995-ci ildə atasına qarşı həyata keçirdiyi dövlət çevrilişi nəticəsində ölkə rəhbərliyinə gəlib. Varidatı neft və təbii qazdan gələn gəlirlərlə artır. Dünyada adambaşına düşən gəlirin siyahısında birinci sıradadır.
Bruney lideri Sultan Hassanal Bolkiah
Bruney lideri Sultan Hassanal Bolkiahın sərvəti təxminən 20 milyard dollardır. O, dünyanın ən böyük sarayında yaşayır və 600-dən çox Rolls-Royce avtomobilinin sahibi olduğu iddia edilir. Bolkiahın sərvətinin böyük hissəsi ölkənin neft və qaz ehtiyatlarından gəlir.
Tailand kralı Vaçiralonqkorn
Tailand kralı Vaçiralonqkornun 30 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin monarxı olduğu deyilir. Ölkə daxilində və xaricdəki birjalarda həyata keçirilən əməliyyatlarda milyard dollarlıq səhmlərə malikdir. Ölkə daxilindəki əksər şirkətlərin sahibidir. Həmçinin dünyanın ən böyük almazı olan 545 karatlıq “Qızıl yubiley” brilyantının sahibidir.