Misirdə  evliliyə  dair ən qədim sənəd aşkar ediblər

Misirdə  evliliyə  dair ən qədim sənəd aşkar ediblər
 

Evlilik haqqında ilk sənədlər  eramızdan əvvəl III əsrdə tərtib edilmişdir.

Rusiya Elmlər Akademiyasının Misiroloji Tədqiqatlar Mərkəzinin  arxeoloqları Misirdə yerləşən  Fayum oazisində evliliyə  dair ən qədim sənəd aşkar ediblər.  “İzvestiya”nın verdiyi məlumata görə,  onun iki min ildən çox yaşı var. Əlyazma uğursuz  evlilik yaşayan gəlin Filumenanın şikayətidir. O, Kral Ptolemeydən keçmiş nişanlısı Numeni cəzalandırmasını xahiş edir. O, evlənməyə söz versə də, qadını aldadaraq onun  cehizini mənimsəyib.

Qeyd edək ki, bu sənəd Fayum oazisindəki Deyr əl-Banat nekropolunda aşkar olunub. İnsanlar təxminən min il orada dəfn olunublar.   Daha dəqiqliyi ilə desək, eramızdan əvvəl 4-cü əsrdən Bizans Misiri dövrünə qədər. Arxeoloqların fikrincə, bu əlyazma ritual bəzək üçün material kimi basdırılmışdı. O zamanlar hər kəs zinyt əşyası ala bilmədiyi üçün, buna görə də daşlar və metallar tez-tez ucuz xammal ilə əvəz olunurdu. Məsələn, yazı kağızı kimi istifadə olunan preslənmiş papirus parçalarından boyunbağının analoqunu düzəldirdilər.

Paralel.az

0.02138090133667