Qışda tez-tez xəstələnmə və depressiyanın SƏBƏBİ
Qış fəslində insanlar tez-tez xəstələnir və depressiyaya düşürlər. Bunun əsas səbəbi B-1 vitamini çatışmazlığıdır. Bu vitamini bərpa etmək üçün noxud, lobya, ispanaq, qarabaşaq yarması, mal əti, yumurta kimi qidalardan istifadə etməlisiniz.
Qışda hava daha çox çirkli olduğu üçün qanda oksigenin miqdarı azalır. Bu, insanın gümrahlığına da mənfi təsir göstərir. Zəkanın və bədənin gümrah və zəkanızın aydın olmasını istəyirsinizsə onda qış mövsümündə siankobalamin yeni B-12 adı ilə də məşhur olan vitamindən istifadə etməlisiniz. Çünki bu vitamin qandakı oksigenin miqdarını artırır və insanının orqanizmi anemiyadan xilas edir. Göy soğan, süd məhsulları, ördəyin qara ciyəri bu maddə ilə zəngindir.
Qış mövsümündə dərinizin hamar və parlaq olması üçün B-10 vitamini və ya paraaminobenzoy turşusundan istifadə etmək məsləhətlidir. Bu vitamin insan dərsini ətraf mühitin zərərli təsirlərindən qoruyur. Qeyd edək ki, sözügedən vitamini xəstə olduğunuz dönəmdə də qəbul etmək önəmlidir. Çünki B-10 bədəni infeksiyaların qarşısını alan qoruyucu B-10 vitamini ilə zəngin qoz, yumurta sarısında əlavə etmək lazımdır.
Paralel.az