Microsoft bizi tərk etsə də Lenovo...

Microsoft bizi tərk etsə də Lenovo...
 

Osman Gündüz:

Microsoft bizi tərk etsə də Lenovo daha geniş statusla bizə doğru gəlir.
Qlobal Lenovo texnoloji şirkətinin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəliyi regional mərkəzə çevriləcək.
Bu haqda Lenovo-nun Bakıda olan rəsmiləri məlumat verib.
Lenovo -nun baş vitse-prezidenti Vilfredo Sotolonqo rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
Nazir qlobal İT şirkətləri üçün münbit biznes mühitin yaradılması istiqamətində atılan və atılacaq addımlar haqqında məlumat verib.
Görüşdə Lenovo rəsmisi Azərbaycan nümayəndəliyinin statusunun daha da genişləndiriləcəyini, onun Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcəyini bildirib.
Düşünürəm ki, ciddi və olduqca faydalı bir hadisədir.
Güman etmək olar ki, son zamanlar regionda baş verən müharibələr səbəbindən qlobal şirkətlərin regional ofislərində baş verən miqrasiya prosesləri hələ də davam edir.
Bu baxımdan Lenovo-nun regional ofis olaraq Azərbaycanı seçməsi çöx önəmlidir və texnologiyalar sahəsində bizim milli maraqlarımıza uyğundur.
RİNN-in bu istiqamətdə səyləri təqdirəlayiqdir.
Əlbbəttə, düşünürəm ki, bu məsələlərdə indiyədək Lenovo-nun nümayəndəlik olaraq ölkəmizdəki ofisinin rəhbəri Rasim Bəxşinin də fəaliyyətini qeyd etmək yerinə düşər.
Ötən ay Baş meneceri də daxil olmaqla bütün əməkdaşları işdən çıxarılaraq ölkədaxili fəaliyyəti dayandırılılan Microsoft Azərbaycan-la bağlı xoşagəlməz hadisədən sonra qlobal İT şitkətlərin ölkəmizdə oturuşması ilə bağlı addımlar bu sektorda vəziyyətin tez bir zamanda yaxşılaşacağına ümid verir.

Paralel.az

0.12519001960754