Kanada mətbuatı Fransanın anti-sülh siyasətindən yazıb
Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur” sərlövhəli məqalə dərc olunub.
"Paralel.az" xəbər verir ki, tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, Fransa Senatı tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq Azərbaycan ərazisində yaradılmış, Qəzzadakı HƏMAS hökuməti ilə eyni beynəlxalq legitimliyə malik erməni separatçı qurumu olan “Dağlıq Qarabağ Respublikası”nın Fransa tərəfindən tanınmasını tələb edən qətnamənin qəbul edilməsi anlaşılan olmamaqla yanaşı, yolverilməzidr.
Qeyd olunub ki, iki post-sovet respublikası arasında sərhədlərin delimitasiya olunmamasına rəğmən, cari ilin sentyabrında tərəflər arasında hərbi qarşıdurmanın qızışdığı bir vaxtda Azərbaycanı “erməni ərazisi”ndən çıxmağa çağıran Fransa Senatı bu hərəkəti ilə odun üstünə yanacaq əlavə edib, habelə sərhəddə qarşıdurmanın təşəbbüskarı erməni təxribatçıları olsa da, azərbaycanlıların ölümünə məhəl qoymadan məsələyə birtərəfli yanaşıb.
Müəllif Fransa Senatının qətnaməsinin məcburi xarakter daşımaması və heç bir hüquqi qüvvəyə malik olmaması müstəvisində sözügedən qətnamənin hələ də hər iki ölkə arasında sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə çatdırıb. Bu mövqeyini Fransa prezidenti Emmanuel Makronun verdiyi qərəzli ermənipərəst bəyanatlarla əsaslandıran israilli politoloq əlavə edib ki, Makron “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına heç vaxt çağırış etməsə də, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınmış Qarabağın “mübahisəli ərazi” olduğunu israrla iddia edib.
Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev cari il dekabrın 7-nə planlaşdırılan, Aİ rəhbəri və Makronun iştirakı ilə nəzərdə tutulan görüşü ləğv edib və Makronun “anti-Azərbaycan mövqe” tutduğunu, “Bakını təhqir etdiyini” və buna görə də sülh danışıqlarında heç bir rol oynamamalı olduğunu vurğulayıb: “Makron Azərbaycana həmlə edib, etmədiklərimizə görə bizi ittiham edib. Aydındır ki, Fransa bu şəraitdə, belə bir münasibətlə Azərbaycan və Ermənistan arasında sülh prosesinin bir hissəsi ola bilməz”.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://www.thej.ca/2022/12/01/france-hinders-azerbaijan-armenia-peace-process/