Elm, Təhsil yoxsa Keyfiyyət!? - V yazı
Vüsal Kərimli:
Azəbaycan Ali təhsil müəsissələrində çalışan professor-müəllim heyətinin dərs yükü ilə bağlı nə düşünürsünüz?
24 noyabr 2010-cu il № 215 qərarla ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan (həftəlik 18 saat) az olmamaqla (bu zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az olmamalıdır).
Minumum hədd müəyyən edilib amma son hədd yoxdur. Əslində dünyada son hədd müəyyən edilir. Elə universitetlər var ki orada müəllimlərin illik dərs saatı 600 və ya 650 saatdır (həftəlik 22 və ya 24 saat) Nəzərə alınmalıdır ki, 1 akademik dərs 2 saat hesab edilir. Elmi fəliyyətə isə vaxt ayrılmır.
Qonşu ölkələrdə
Türkiyədə
2914 sayılı Yükseköğretim Personel Kanunu (Ali təhsil kadr qanunu)
Maddə 1. Həftəlik professor, öyrətim üyəsi (elmlər nazmizədi) və dosent 10 saat, bu isə illik təxminən 280 saat edir. Qeyd etmək lazımdır ki, istəyə görə bu saat 18 saata qədər arta bilər amma 10 saatdan çox saata görə əlavə əmək haqqı ödənilir.
Paralel.az