Lavrovun Qarabağla bağlı açıqlamalarının üç hədəfi

Lavrovun Qarabağla bağlı açıqlamalarının üç hədəfi
 
 
Siracəddin Hacı:
Birincisi, Rusiyanın ağalığına, vasitəçiliyinə alternativ olan Brüssel danışıqları pozulduğuna görə Azərbaycana süni mükafatlar verir, yetimin papağını geri qaytaracağam havası yaradır, Azərbaycanla Ermənistan arasında düşmənliyi körükləyir, Azərbaycanın heç bir önəmli məsələsini həll etməyən saxta müttəfiqlik görüntüsü formalaşdırır, Azərbaycan xalqını aldadır, uyudur, başının altına yastıq qoyur, göstəriş formalaşdırır: Azərbaycan Rusiyanı tənqid edir, Müdafiə Nazirliyi bir həftə toponimlər uğrunda mübarizə aparır, Nazirliyin iki əməkdaşı işğalçı rus ordusunun komandiri ilə görüşür, komandir söz verir, monitorinq qrupunu yada salır, sıxıntılar həll olunacaq, milli sərvətiniz sizindir deyir, güya Laçın koridoru Azərbaycanın nəzarətinə keçdi, Xankəndi Azərbaycana verilir təbliğatı başlayır – bunlar hamısı Azərbaycan xalqını aldatmaq, Rusiya müttəfiqimizdir fikrini formalaşdırmaq, Vaşinqton planından, Brüssel danışıqlarından imtinanı əsaslandırmaq üçündür.
İkincisi, Lavrov erməni xalqını oyadır, qızışdırır, Paşinyana qarşı yönəldir, onu devirsəniz, Qarabağın statusu olacaq deyir.
Üçüncüsü, Rusiya Brüssel danışıqlarının bu mərhələsini pozdu, indi də Brüssel formatını sıradan çıxarmağa çalışır, Qarabağ məsələsini mən həll edəcəyəm, Güney Qafqaz mənimdir deyir.
Azərbaycan Rusiyadan işğal olunmuş haqlarını geri almaq istəyirsə, həqiqi ölçülər bunlardır:
1) işğalçı rus ordusunun Qarabağdan çıxmasını tələb etməlidir – bu ordu çıxmasa, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunmaz;
2) Azərbaycanın Laçın koridoruna nəzarəti təmin olunmalıdır;
3) Erməni quldur dəstələri Qarabağdan çıxarılmalıdır;
4) Brüssel danışıqları davam etməlidir, Rusiyadan haqqımızı geri almaq istəyiriksə, müttəfiqlərə ehtiyacımız var, Avropa ilə əməkdaşlığa məcburuq;
5) Ədalətə, azadlığa bağlı milli birlik təmin olunmalıdır – milli birlik olmasa, Rusiyaya qarşı dirəniş imkansızdır;
 
Paralel.az
0.013874053955078