Bu şampun sən demə sızanaqları da aparırmış
Dermatoloq Bleyr Merfi -Rouz qeyd edib ki, kəpək əleyhinə şampun sızanaqla mübarizə aparmağa kömək edir. Dermatoloqun sözlərinə görə, sən demə, kəpək əleyhinə şampun sızanaqla mübarizə aparmağa kömək edir. Müvafiq material “Nyu- York Post” un saytında dərc olunub.
Daha öncə məşhur “TikTok” platformasında blogger Elis Mayersin videosu yayılıb. O, “Head & Shoulders” markalı kəpəyə qarşı şampundan üz yuyucu vasitə kimi istifadə etdiyini bildirib. Yayımlanan video sentyabr ayının sonundan etibarən 12,9 milyon baxış və 15,5 min şərh toplayıb. Bloggerin sözlərinə görə, orta məktəbdə oxuyarkən bir dermatoloq ona iltihabla, o cümlədən sızanaqlarla mübarizə aparmaq üçün bu məhsulu ona tövsiyə edib.
Doktor Merfi-Rouz verdiyi müsahibədə bildirib ki, kosmetologiya sahəsində bir çox mütəxəssislər bu cür məhsullardan bəzən istifadə etməyi məsləhət görürlər, çünki tərkibində sink var. “Orijinal Head & Shoulders” şampunun tərkibində iltihab əleyhinə xüsusiyyətlərə malik sink pirition mövcuddur. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sink sızanaqları azaltmağa kömək edə bilər.
Eyni zamanda, sink kiçik səpgilər üçün da effektivdir. Həkim dermatoloq əlavə edib ki, follikulit (saç follikullarının infeksiyası ) halında isə mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.
Paralel.az