Vətənini canından çox sevən mübariz Azərbaycan qadını

Vətənini canından çox sevən mübariz Azərbaycan qadını
 


Oğlan adı ilə döyüşlərə qatılan kişi qeyrətli Azərbaycan qadını , "Avey qəhrəmanı" ləqəbli Mansurova Vəfa Dəmirçi qızı (Mansurov Vəfadar Dəmirçi oğlu)-Bakı Dövlət Universtetinin tarix fakültəsinə sənədlərini təqdim edən Vəfa xanım vətənin dar günündə təhsil arzusunu yarımçıq qoyub könüllü olaraq döyüşlərə yollanır . Onu qeydiyyata götürəndə 707 saylı hərbi hissədən bildirirlər ki,biz sizi ancaq aşpaz və ya təmizləyici kimi qeyd edə bilərik . Bizdə qızlar üçün əsgəri xidmət olmadığına görə , sizi döyüşçü kimi qəbul etmək mümkün deyil . Lakin onun xüsusi snayperçi məharətini gördükdə,xarici görkəmindən də oğlana bənzəyən Vəfa Dəmirçi qızı Mansurovanı Mansurov Vəfadar Dəmirçi oğlu kimi qeyd edib , atıcı- döyüşçü kimi hərbi hissədə qəbul edirlər . Vəfa xanım özünün və silahdaşlarının gərgin əməyi ilə qərargah yaradaraq kəndin ətrafında səngərlər qazdırıb və sərhəddə gecələr gözətçi növbələri yaradıb . Kənd ziyalılarının, ağsaqqallarının köməyi ilə kənddən ianə toplatdırıb , könüllü hərbi birləşmələr üçün tank , top , qrad tipli silah, avtomat və digər silah-sursat aldırıb . Onun və silahdaşlarının sayəsində düşmən sərhəddə yerləşən Qazaxın Daş Salahlı kəndinə yaxın düşə bilməyib . O, qara, yağışa, günəşin dözülməz istisinə baxmayaraq , Avey dağından enməyib , kəndin ərazisinin , rayonun və demək olar bütün Gəncəbasarın təhlükəsizliyinin qorunmasında fədakarlıq göstərib .
Ordu sıralarından ehtiyata buraxıldıqdan sonra vaxtilə döyüşlər zamanı yanında partlayan mərminin təsirindən Vəfa xanımın səhhətində ciddi şəkildə problemlər yaranır , müalicə olunsa da həyatını xilas etmək mümkün olmur .
Vəfa Mansurova 1997-ci ilin aprel ayının 24-də(ya 25-də) vəfat etmişdir .
Ruhu qarşısında baş əyirik !
 ALLAH RƏHMƏT ELƏSİN

Paralel.az

0.014544010162354