Qiymətli daşlar haqqında bilmədiklərimiz
Eramızdan əvvəlki dövrlərdən başlayaraq qiymətli daşlar şəxsi bəzək və amulet kimi, eləcə də dini və dünyəvi sənətdə və ümumiyyətlə, memarlıqda bəzək kimi geniş istifadə edilmişdir. Keçmiş əsrlərdə insanlar bir çox qiymətli daşları yüksək qiymətləndirirdilər. Çünki onların sehrli xüsusiyyətlərə malik olduğuna, sahiblərinə xüsusi qorunma və güc verdiklərinə inanırdılar.
Planetin ən bahalı materiallarından olan bu minerallara daha yaxından baxmaq qərarına gəldik və məqalədə qiymətli daşlar haqqında ən maraqlı faktları topladıq: İnsanlar uzun müddət onları süni şəkildə yaratmağa çalışsalar da, buna yalnız 19-cu əsrdə nail olunub. Məhz 1817-ci ildə fransız kimyaçısı Auquste Viktor Luis Verneuil iki kiçik yaqutu birləşdirərək ilk yaqutu əldə edə bildi.
Lakin sintetik yaqut istehsalı üçün ilk kommersiya üsulu daha sonralar hazırlanmışdır. Onun istehsal üsulu Verneuil üsulu adlanırdı. Metod incə alüminium tozunun hidrogen-oksigen odunun atəşində əridilməsinə əsaslanır (həm yaqut, həm də sapfir əsasən alüminium oksidi Al2O3-dən ibarətdir), bundan sonra ərinmiş damcılar bərkiyib kristal əmələ gətirir.
Dünyada 3500-ə yaxın mineral növü olsa da, yalnız az bir hissəsi qiymətli daşların keyfiyyətinə malikdir. Qiymətli adlandırılmaq üçün gözəllik, unikallıq, nadirlik və davamlılıq kimi müəyyən xüsusiyyətlər birləşməlidir.
Sonuncu xüsusiyyətə gəldikdə, mineralın sərtliyi Moos şkalası üzrə 7-10 olmalıdır.
Mineralların ümumi sayından yalnız 70-i bütün 4 meyara cavab verir. Bunlardan 15-i ən populyardır: almaz, sapfir, zümrüd, yaqut, beril, opal, jade, xrizoberil, topaz, turmalin, kvars, firuzə, qranat, sirkon və olivin.
Ən sərt qiymətli daş almazdır. (Mohs şkalası üzrə 10 bal). Almazdan başqa heç bir təbii qiymətli minerala 10 bal verilməyib. İkinci yerdə Mohs şkalası üzrə 9 bal alan yaqut və sapfirdir.
Almaz ən sərt statusundan əlavə, ən soyuq qiymətli daş statusuna da malikdir. Almaz bütün bərk cisimlər arasında ən yüksək istilik keçiriciliyinə malikdir (900-2300 W) və buna görə tez istilik verir. Demək olar ki, həmişə soyuq qalır.
Ən bahalı daş qırmızı almazdır. Əksər qırmızı almazların ölçüsü yarım karatdan çox olmur. Almazın dəyəri bir karat üçün təxminən 1 milyon avro təşkil edir. Bu qiymət mineralın nadir olması ilə əlaqədardır. Hazırda dünyada təxminən 30 ədəd qırmızı brilyant var.
Almaz yalnız bir kimyəvi elementdən - karbondan ibarət yeganə qiymətli daşdır.
Qiymətli daşların əksəriyyəti minerallardır, lakin bəziləri, xüsusilə mirvari və kəhrəba üzvi maddələrdir. Yəni onları canlı orqanizmlər yaradır. Əslində mineral Yerdən çıxmalıdır. Buna görə də, mirvarilər tam olaraq "əsl" qiymətli daş deyil. Eyni şey ağac qatranı şəklində yaranan kəhrəbaya da aiddir. Buna baxmayaraq, min illərdir insanlar kəhrəba və mirvarini mineral olmasa da, qiymətli daş hesab edirlər.
Gemmologiya bir elm kimi ilk dəfə 1930-cu illərdə tanınıb (daşlar haqqında elm, qiymətli və bəzək daşları haqqında məlumatların məcmusu). O vaxta qədər bir çox insanlar bütün şəffaf qırmızı daşları yaqut, mavi olanları sapfir, yaşıl olanları isə zümrüd hesab edirdilər.
Məlumdur ki, qədim misirlilər peridot və zümrüd kimi yaşıl daşlara çox dəyər verirdilər. Lakin Kleopatranın peridotlara olan sevgisi haqqında çox adam bilmir. Peridotlar onun sevimli zinət əşyaları idi.
Eramızdan əvvəl 3000-ci ilə aid şumer məzarında tapılan ən qədim dolçanın borusu qızıldan idi, üzəri isə mavi lazuli daşı ilə bəzədilmişdi.
Astrologiyada qiymətli daşlar müxtəlif astroloji işarələrlə sıx bağlıdırlar. Məsələn, mavi sapfir Saturnun əsas incisi hesab olunur, almaz Veneranın daşıdır, mirvari Ayın, qırmızı mərcan Marsın və s.
Qədim dövrlərdə yunanlar və romalılar almazın tanrıların göz yaşları olduğuna və onların parıldayan ulduzların parçalarından yarandığına inanırdılar.
Əvvəllər ametist çox nadir və bahalı sayılırdı. Alimlər Braziliyada bu daşların böyük yataqlarını aşkar edənə qədər. İndiki vaxtda ametistin statusu azalıb və o, yarı qiymətli daş hesab olunur.
Zərgərlikdən başqa almaz mədən və neft qazma işlərində istifadə olunur. O, həmçinin qiymətli və yarı qiymətli daşların onlara müəyyən forma vermək üçün kəsilməsinin texnoloji prosesində istifadə olunur, çünki sərtliyinə görə başqa heç bir materialla əvəz edilə bilməz.
Mütəxəssislərin fikrincə, almaz 3 milyard ildən çox əvvəl Yerin dərinliklərində əmələ gəlib. Sapfir isə cəmi 150 milyon il əvvəl əmələ gələn daha gənc daşdır.
1632-ci ildə Moğol İmperiyasının padşahı olan Tamerlanın nəslindən olan Şah Cahanın əmri ilə məşhur Tac Mahal tikildi. O, bunu on dördüncü övladını dünyaya gətirərkən dünyasını dəyişən həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikdirib. Bu məscidin divarları 28 növ qiymətli daşla bəzədilmişdi, 1857-ci ildə Hindistan üsyanı zamanı hamısı oğurlanmışdı.
Paralel.az