Əziz Cəmili ehtiram və minnətdarlıqla yad edirik…

Əziz Cəmili ehtiram və minnətdarlıqla yad edirik…
 

Qulu Məhərrəmli:

Onun kinostudiyaya rəhbərlik etdiyi dövrdə “Dəbə Qordud”, “Babək”, “İstintaq”, “Ad günü” kimi filmlər çəkilmişdi. Radioda çalışanda isə “Bulaq” verilişinə həyat vermişdi.

Daha əvvəllər isə “Azərbaycan gəncləri”nə, sonralar isə “Xalq qəzeti”nə milli ruh vermişdi.

Böyük yazıçı və publisist, tərcüməçi və ictimai xadim olan Cəmil Əlibəyov bütün varlığıı ilə xalq adamı, hər addımında milləti düşünən əsl ziyalı, Ana dili cəfakeşi idi.

Özündən sonra "Mənim analı dünyam”, “Sınaq” kimi romanlar, çoxsaylı publisistik yazılar və qiymətli tərcümə əsərləri ilə yanaşı, parlaq əxlaq və mənəviyyat qoyub getmiş C.Əlibəyovun yazıçı-ziyalı-vətəndaş şəxsiyyətinin miqyası bu günlər daha aydın görünür.
Bu doğum günündəəziz Cəmil müəllimi sevgi, ehtiram və minnətdarlıqla xatırlayırıq…

Paralel.az

0.034054040908813