Sərnişinin 3 min dollar pulunu oğurladı

Sərnişinin 3 min dollar pulunu oğurladı
 


Ermənistanda taksi sürücüsü sərnişinin içərisində 3 min dollar və bank kartları olan pulqabısını oğurlayıb.

Paralel.az” xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, dekabrın 1-də polisə bir qadın zəng edərək pulqabısını taksidə qoyduğunu və sonradan oğurlandığını bildirib. Pulqabıda 3000 dollar və bank kartları olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində polislər tərəfindən pulqabının 44 yaşlı taksi sürücüsü tərəfindən oğurlanması müəyyən edilib və vətəndaş şöbəyə aparılıb.
Oğurlanmış əşyalar tapılıb. Cinayət işi başlanılıb.

0.014492034912109