Planetin ən qədim 4 arxeoloji obyekti - FOTO

Planetin ən qədim 4 arxeoloji obyekti - FOTO
 

Bəlkə də çoxumuz insanın yaratdığı ən qədim obyektləri xatırlayarkən 4,5 ildən çox əvvəl tikilmiş Giza piramidaları yada düşür. Bu təəccüblü deyil, çünki onlar min ildən çox əvvəl tikilmişdir. Lakin qədim Misir kompleksindən daha qədim olan başqa, az tanınan arxeoloji tapıntılar də var. Diqqətinizə planetin ən qədim 4 arxeoloji obyektini təqdim edirik.

Tel Tzaf

Bu obyekt müasir İsrail ərazisində İordaniya vadisində yerləşən əsrlər öncə qurulan qədim kəndin qalıqlarıdır. Qeyd etmək lazımdır ki, arxeoloqlar tərəfindən qazılmış oxşar yaşda olan digər yaşayış məskənlərindən çox da fərqlənmirlər. Lakin məhz “Tel Tsaf” ərazisində tədqiqatçılar kömürə çevrilən qədim ağacın qalıqlarını aşkar etmişdilər. Aparıln tədqiqatlar nəticəsində məlum oldu ki, bu yanmış ağacın yaşı 7 min ildir.

Janer kompleksi

O, həmçinin İspan “Stonehenge” adlanır və mahiyyət etibarilə 500-dən çox dayanıqlı daşdan ibarət nəhəng meqalitik kompleksdir. Yaşı 7 min il olaraq təyin olunan “La Torre La Janera” adlı kompleksinin unikallığı həm də ondan ibarətdir ki, Avropanın ən böyük komplekslərindən biri olmaqla, həm də dolmenlərin, dairələrin, kurqanların, hasarların və hətta daş qutulara bənzər heyrətamiz kolleksiyası ilə tanınmaqdadır.

Arma Veyran türbəsi

Koloradolu alimlər tərəfindən İtaliyanın Arma Veyran mağarasında qədimliyi ilə bənzərsiz məzar aşkar edilmişdir. Həmin məzarda körpə qızın qalıqları var idi. Bu tapıntı tədqiqatçıların marağına səbəb oldu. Belə ki, Avropada bu cür körpə uşaqlara aid olan qəbirlər olduqca nadir bir tapıntı sayılırdı. Digər səbəb isə tədqiqatçıların böyük sevgi ilə “Niv” adlandırdıqları körpənin təxminən 10 min il əvvəl yaşamış olması idi ki, bu da onun dəfnini Avropada aşkar edilmiş ən qədim körpə məzarı edir.

Kimberli Qvion Qalereyası

Qayaüstü rəsmlər, prinsipcə, insan təkamülünün ən qədim izlərindən biridir. Məsələn, Qərbi Avstraliyada Kimberli bölgəsində aşkar olunmuş Gvion üslubunda olan qayaüstü rəsmlər kolleksiyasının uzun müddətdir ki, yaşını hesablamaq mümkün deyildi. Lakin burada aşkarlanan arı yuvaları ilə örtülmüş rəsmlərdəndən sonra məlum oldu ki, bu rəsm qalereyasının yaşı təxminən 12 min ildir. Əlavə edək ki, bu bütün Avstraliya ərazisi üçün rekord göstəricidir.

Paralel.az

0.022334098815918