GPON statistikası

GPON statistikası
 

Osman Gündüz:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2024-cü ilədək bütün ölkə ərazisində, hətta ən ucqar ərazilərdə də keyfiyyətli internetə əlçatanlığı tam təmin edəcəyini bildirib.

İndiyədək ölkədə 700 minə yaxın ev təsərrüfatı GPON texnologiya ilə fiber-optik internetlə təmin olunub.

Nazirlik GPON infrastrukturun qurulmasına 2017-ci ildə start verib.
Son iki ildir ki, RİNN “Onlayn Azərbaycan” layihəsi çərçivəsində fiber-optik şəbəkənin qurulması istiqamətində işləri xeyli sürətləndirib.
Nazirlik yaxın iki ilə bütün ölkə üzrə minimum 25Mbit/s sürət təqdim etməyi hədəfləyib.

RİNN tabeliyində olan AzTelekom və Baktelecom tərəfindən son 5 il ərzidə illər üzrə GPON çəkilişi statistikası aşağıdakı kimi olub :

2017 -ci il 23000

2018 -ci il 51000

2019-ci il 97000

2020-ci il 56000

2021-ci il 143000

2022 -ci il 341000

Cəmi : 711 000

Göründüyü kimi, son iki ildə əvvəlki 4-5 ildəkindən dəfələrlə çox keyfiyyətli internet bağlantısı təmin edilib.

Xatırladıram ki, son iki ildə dövlətə məxsus rabitə resursları üzərində inhisarçılıq da demək olar ki , aradan qaldırılıb.
Hazırda digər özəl provayderlər tərəfindən də müxtəlif texnologiyalar (GPON, LTE, fiber-optik, kabel texnologiyası, 3G, 4G və s. ) əsasında genişzolaqlı internet infrastrukturu qurulur.

Paralel.az

0.015383958816528