100 kitab müəllifi, 87 yaşlı yazıçı-filosof Əlisa Nicat!

100 kitab müəllifi, 87 yaşlı yazıçı-filosof Əlisa Nicat!
 

Osman Gündüz:

Onunla bağlı hazırda sosial mediada gündəmə çevrilən paylaşımlar çox üzücüdür.

Azərbaycan Yazıçılar Birliyinin ən məhsuldar, ən yaşlı üzvlərindən birinin taleyi!

Xatırlayıram ki, AYB katibi, hörmətli yazıçımız Çingiz Abdullayev jurnalistin ictimai vəsaitlərlə bağlı sualına "utanmaqdan ölmürsənmi" cavabını vermişdi.
İndi gündəm olan müzakirələrdən, fotodan görsənir ki, utanmalı vəziyyət, utanmalı olanlar fərqliymiş.

KİTABA olan münasibət, ziyalıya olan münasibət, müstəqil düşüncə sahibi olan filosofa münasibət indi onun yaşadığı otaqdakı kimi "soyuq" olmalı deyil.

Ümid edirəm AYB, Mədəniyyət Nazirliyi, hökumət bunun fərqindədir və bütün ömrünü kitaba, ictimai fikrin formalaşmasına həsr edənlərin taleyinin bu formada bitməsinə imkan verməyəcək.

Paralel.az

0.018687009811401