Dos. İlham Əhmədov:"Biz bu gün Türkiyə, İran Universitetlərindən 15-20 il geriyik"

Dos. İlham Əhmədov:
 

"Azərbaycan Universitetlərinin sürətli inkişaf yolu məhz Türkiyə Universitetləri ilə inteqrasiyadan keçir".

"Paralel.az" xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov öz "Facebook" hesabında paylaşıb.
Onun sözlərinə görə, hərbi sahədə kadr hazırlığında əməkdaşlığımız NATO standartına əsaslandığı kimi, mülki sahədə də kadr hazırlığı Avropa (Boloniya) standartına və səmərəli rəqəmsallaşmaya əsaslanmalı, dostluq və qohumluq prinsipi ilə təyin edilən "təhsil menecerlərimizi" türk təhsil menecerləri ilə əvəzləməliyik.

"Bu halda təhsilimizin rezanimasiyadan salamat çıxmasına şans yaranar. Biz bu gün Türkiyə və İran Universitetlərindən 15-20 il geriyik. Qərbi Avropa universitetlərini hələ demirəm. 2009-cu ildə Firat Universitetində keçirilən Beynəlxaq konfransda TC Baş nazirinin o vaxtkı müavini öz çıxışında deyirdi ki, TC coğrafi baxımdan Türkdilli ölkələrdən qərbdə yerləşir. Onların Qərbə inteqrasiyasının yolu Türkiyədən keçir. Yəni bizim universitetlərin Qərb universitetlərinə az da olsa yaxınlaşması üçün ilk 10-15 ildə onlar TC universitetlərinə yaxınlaşmalıdır".

"Paralel.az"

0.022000074386597