ETN əvvəllər 10 il ərzində əldə olunan nəticəni cəmi bir ildə qazanıb

ETN əvvəllər 10 il ərzində əldə olunan nəticəni cəmi bir ildə qazanıb
 

Osman Gündüz:

Adətən biz "inanılmaz", "ağlasığmaz" sözlərini tənqidi yazılarda işlədirik.
Bu dəfə müsbət bir mesaj vermək istərdim.
İnanılmaz olsa da, ETN əvvəllər toplam 10 il ərzində əldə olunan nəticəni cəmi bir ildə qazanıb.

Elm və Təhsil Naziri Emin Əmrullayev brifinqində maraqlı rəqəm səsləndirib.
Cari ildə fiberoptik internetlə təchiz olunan məktəblərin sayı 1235-ə çatıb.
Çox böyük rəqəmdi. Ciddi uğurdu.

Ona görə ki, ümumiyyətlə ötən 12 il ərzində Nazirlik cəmi 726 məktəbi fiberoptik internetə bağlaya bilmişdi.
Yəni, ETN son bir ildə keyfiyyətli internet təminatı sahəsində əvvəlki 10 illər ərzində olandan da çox uğur qazana bilib.

İllər üzrə bağlantı statistikası belə olub :
2009- cu il - 10 məktəb
2012-ci il - 20 məktəb
2015-ci il - 65 məktəb
2016-ci il - 128 məktəb
2017-ci il - 170 məktəb
2018-ci il - 206 məktəb
2019 -cu il - 250 məktəb
2020-ci il - 301 məktəb
2021-ci il – 726 məktəb
2022-ci il - 1235 məktəb 

Xatırladıram ki, məktəblərin keyfiyyətli internet təminatında ciddi uğurlar son 2 ildə əldə edilib.
Düşünmək olar ki, burada ETN -lə bərabər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin apardığı siyasət də çox böyük rol oynayıb.
Gizli deyil ki, əvvəllər heç bir provayder, o cümlədən dövlət qurumu olmasına baxmayaraq hətta ETN-nin şəbəkəsini quranlar da dövlətə məxsus rabitə infrastrukturuna, rabitə quyularına yaxın düşə bilməzdi.
Uzun illər bu sahədə RİNN inhisarçılığı mövcud olub.

Amma RİNN -də rəhbərlik yenilənəndən sonra bu sahədə müsbət istiqamətdə ciddi dəyişikliklər olub.
Hazırda özəl provayderlər də dövlətə məxsus rabitə resurslarından sərbəst istifadə edə bilirlər.
Hazırda RİNN tərəfindən dövlət-özəl tərəfdaşlıq çərçivəsində bütün ölkə üzrə GPON intetnet infrastruktirun qurulmasl prosesi də gedir . 2024-də keyfiyyətli internetə əlçatanlıq olmayan ərazi qalmamalıdır.

Xatırladıram ki, məktəblər həm də ADSL və Peyk texnologiyası ilə, həmçinin ETN və Bakcell arasında imzalanan memoranduma əsasən 3G, 4G və LTE texnologiya əsasinda da internetə qoşulublar.
ETN və RİNN-in məktəblərin keyfiyyətli internet təminatı sahəsində səyləri təqdirəlayiqdir.

Paralel.az

0.10870599746704