Ayıqulağı farmakoloji təsiri
Ayıqulağı Şimali Amerika, Şərqi Avropa, Sibir və Mərkəzi Amerika dağlarında bitən və həmin ərazilər üçün endemik sayılan bitkidir. Bitki uva-ursi (uva – üzüm və ursus – ayı) “ayı üzümü”, “ayı giləmeyvəsi” kimi adlarla da tanınır. Çoxillik, həmişəyaşıl kol bitkisi olub hündürlüyü 5-30 sm-ə çatır. Vizual olaraq onun giləmeyvələri parlaq qırmızı rəngdə olub mərcangiləyə oxşayır. Faydalı maddələrlə zəngin olsa da bu bitkiningiləmeyvələri mərcangilə kimi dadlı deyil. Yeyərkən ağızda pambıq hissiyyatı verir. Tək halda dadsız olduğundan çox vaxt ayıqulağı giləmeyvələrindən mərcangilə ilə birlikdə kompot və mürəbbələr hazırlanır. Giləmeyvələr avqust və sentyabr ayında yetişir.
Ayıqulağı yarpağı
Ayıqulağı yarpağı fenoloqlikozidlər – arbutin, metil-arbutin, erikolin, sərbəst hidroxinon, aşı maddələr, piroqalol, ursul turşusu, flavonoidlər, kversetin, qall turşusu kimi bir-birindən vacib əhəmiyyətli komponentlərlə zəngindir. Adi ayıqulağı klassik təbabətdə öz faydalı əhəmiyyəti ilə hər zaman özünəməxsus yer tutub. Onun bu vacib əhəmiyyəti yarpağının tərkibindəki arbutin və metil-arbutin qlikozidləri ilə əlaqədardır. Belə ki, arbutin qlikozidi orqanizmə daxil olduqdan sonra böyrək və sidik yollarından keçərək hidrolizə uğrayır, hidroxinona çevrilir. Hidroxinon isə orqanizmin süzgəci hesab olunan böyrəyin parenximasını qıcıqlandıraraq güclü sidikqovucu effekt verir. Bundan başqa hidroxinon böyrək ləyəni, sidik axarları, sidik kisəsi və sidik kanalından keçərək onları dezinfeksiya edir. Hidroxinon həm də dərini erkən qırışlardan qoruyur, onu ağardır, cavanlaşdırır. Yarpağının tərkibindəki flavonoidlər böyrək və sidik yollarında viruslara, mikrob və bakteriyalara öldürücü təsir göstərir. Onun tərkibindəki qall turşusu güclü antioksidant hesab olunur. Bədxassəli şişlərin inkişafını ləngidir.
AYIQULAĞININ FARMOKALOJI TƏSIRI
Tərkibindəki ursul turşusu da böyrək və sidik yollarına antibakterial və iltihab əleyhinə təsir göstərir. Ayıqulağı sistit, pielit, pielonefrit kimi xəstəliklər zamanı həm mikrob əleyhinə, həm dezinfeksiyaedici, həm də güclü iltihab əleyhinə təsir göstərir. Ayıqulağı yarpağı böyrəklərdə daim sidiyin ifrazını stimullaşdırdığı üçün bu xəstəliklər zamanı çoxlu bakteriya, xəstəlik törədən mikrobların sidiklə orqanizmdən tez bir zamanda xaric olmasını asanlaşdırır. Ayıqulağı yarpağı prostatitlər zamanı güclü sidikqovucu effekt verərək sidik kisəsinin tam boşalmasını təmin edir, qalıq sidiyin əmələ gəlməsinin qarşısını alır. Büzücü olduğu üçün mədə-bağırsaq traktının da işini yaxşılaşdırır, xüsusilə xora xəstəliyi zamanı çox faydalıdır. Herba Flora şirkətinin Urotea, Teartroz çayları, Uros10 kapsulları kimi bir-birindən faydalı təbii məhsulları ayıqulağı yarpaqları ilə zənginləşdirilmişdir. Pielonefrit, pielit, sistit, uretrit, prostatit, sidik daşı, podaqra və müxtəlif oynaq xəstəlikləri zamanı yuxarıda adları çəkilən təbii Herba Flora məhsullarından siz də istifadə edin, ayıqulağı möcüzəsinə özünüz şahid olun!
Füzuli Hüseynov
Paralel.az