Tanınmış jurnalist əməliyyat olundu
Tanınmış jurnalist, Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli əməliyyat olunub.
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi şöbənin müdiri Ramil Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, əməliyyat uğurla keçib və hazırda jurnalistin vəziyyəti normaldır.
Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli bir müddət əvvəl səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. O, Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.
Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb.
Jurnalist həmçinin xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə davamlı olaraq dializlə təmin edilir.
Hazırda onun müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir.