Məktəblərimizi kimlər idarə edir?

Məktəblərimizi kimlər idarə edir?
 

Hörmətli Emin müəllim, bildiyiniz kimi ölkə ürzə 4432 orta məktəbin üzərinə rəhbərlik etdiyiniz nazirliyin adı yazılıb. Düzdür, bu məktəblərin hamısında direktor ştatı yoxdur.

Çünki "dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları" haqqında qərara görə direktor ştatı üçün o məktəbdə azı 3-4 sinif olmalıdır.
Cənab nazir, "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi” qaydalarının və digər qanunvericilik aktlarının tələblərinə görə orta məktəbdə direktor pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan şəxlər təyin oluna bilər.

Hörmətli Emin müəllim, təkrar bir də yazıram, baza, əsas təhsili pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili olanlar direktor ola bilər. Daha baytarlığı, ilahiyyatı, zootexnikliyi bitirib ixtisas artırma ilə 6 aya pedaqoji diplom alan ola BİLMƏZ.
Cənab nazir, o qədər bayratı, zootexniki, ilahiyyatçını direktor təyin etmisiniz ki, o mütəxəsislərə ehtiyacı olan qurum, onları tapa bilmir.
Emin müəllim, pedaqoji baza ali təhsili olmayanları niyə direktor təyin etdiyinizin səbəbi mənim üçün maraqlıdır. Yəni bu qədər ali təhsil müəssisələrinin pedaqoji təhsilli məzunları, orta məktəblərin 150 min pedaqoji təhsilli, uzun illər stajı olan müəllimləri arasından layiqlisi olmadı ki, siz bayratları, ilahiyatçıları təyin edirsiniz?
Hörmətli Emin müəllim, mənim dünyanın inkişaf etmiş ölkələrində direktor təyinatı ilə bağlı araşdırmam var, amma sizin tətbiq etdiyiniz təcrübəyə rast gəlmədim. Mənə təhsil tədqiqatçısı olaraq, elmi-tətqiqata əsasən bu təyinatın doğruluğunu deyə bilərsiniz?
Deyə bilərsiniz ki, inzibati vəzifədir. Amma cənab nazir, heç bir xəstəyanaya pedaqoji təhsilli müəllim rəhbərlik etmir. Təhsil spesifik sahədir, təkcə idarə etmə deyil. Pedaqoji tamlığın təmin olunması üçün orta məktəbdə rəhbər şəxsin də pedaqoji ali təhsilli olması vacibdir.
Mən düşünürəm ki, pedaqoji baza ali təhsili olmayanlar hansısa maraq qarşılığında direktor təyin olunub. Siz bunu ittiham kimi qəbul edə bilərsiniz, amma mən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasını başqa cür başa düşmürəm.

Təhsil eksperti Kamran Əsədov

Paralel.az

0.047379016876221