Akkreditasiya, keyfiyyət bəlası yoxsa pul tələsi?!
Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Şəbəkəsi 2000-ci ildə yaranıb, 2004-cü ildə isə adı dəyişərək Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) olub. Bu gün təşkilatın 58 ölkədən 106 üzvi var (tərəfdaş və tam hüquqlu). 1 ölkənin statusuna baxılır. Təşkilatın məqsədi ali təhsildə keyfiyyətin təminatı sahəsində Avropa əməkdaşlığını təşviq etmək idi amma deyəsən bazar/biznes qurublar*.
Təşkilata üzvlük haqqı:
54 tam hüquqlu agentlik : € 5,098 (illik)
52 tərəfdaş agentlik : € 3,398 (illik)
Qeyd: Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021 mart ayında tərəfdaş üzv olub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (keçmiş Təhsil Nazirliyi) isə 2016-cı ildən tərəfdaş üzv olub. Amma görünən odur ki, 2021-ci ilə qədər arada üzvlük haqqını ödəməyib və tam hüquqlu üzv olmaqda gecikib. (proses/qanun/struktur olaraq ola bilsin icra edilməyib).
Təhsildə Keyfiyyət Təminatı Agentliyi üzv olduğu beynəlxalq təşkilatlar:
1. Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsi (INQAAHE)- üzvlük haqqı 20 oktyabr 2022-ci ildən: USD 690.65 (illik)
2. Mərkəzi və Şərqi Avropa ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsi (CEENQA) üzvük haqqı: € 300
Bəs Ali təhsil müəsissələrinin İnstitusional akkreditasiyasından yayınmaq olarmı? Və ya Təhsildə Keyfiyyət Təminatı Agentliyi-nin edəcəyi akkreditasiyadan sonra tam hüquqlu üzv olmayan təşkilatın uyğunluq sertifikatını başqa nə ilə əvəzləyək? Anlayıram ki sual çox ağır oldu!
Digər vacib təşkilat: Beynəlxalq standartlaşdırma təşkilatı - ISO
Təhsildə əsas 2 standartı var.
İSO 9001:2015- Keyfiyyəti İdarəetmə Sistemi
İSO 21001:2018-Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər
Diqqət etsək görərik ki, İSO 9001:2015 və İSO 21001:2018 uyğunluq sertifikatı üçün tələb edilən xərc təxminən 9000-15000 AZN.
Bəs yuxarıda göstərdiyimiz İSO 9001:2015 və İSO 21001:2018 uyğunluq sertifikatı olduğu təqdirdə müəsissə üçün müəyyən edilmiş dövlət rüsumundan hər hansı formada azad və ya endirim olması haqqında Dövlət Rüsumları (27 iyun 2019-cu il № 1620-VQD) bəhs edilmir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli qərarında İnstitusional akkreditasiyada (halbuki İSO 21001:2018 uyğunluq sertifikatı TKTA-nın verdiyi sənəddən üstün olacaq-21 dekabr 2010-cu il № 21-IVKQ Normativ hüquqi aktlar haqqında qanun) bununla bağlı qeydlər yoxdur.
*Rusiya Fedarasiyası Ukraniyaya hücüm edəndən sonra 4 agentliyi " şübhəli statusuna " salınıb.
Və son sual. Əgər bir müəsissənin İSO 21001:2018 uyğunluq sertifikatı varsa o zaman TKTA akkreditasiyasının (İnstitusional akkreditasiya) hökmü nə olacaq?
Söz sizindir!
Müəllif: Ped.ü.f.d. Vüsal Kərimli
Paralel.az