Əvvəlcə universitetlərimizi universitet edək, sonra  hara istəsəniz köçürək...

Əvvəlcə universitetlərimizi universitet edək, sonra  hara istəsəniz köçürək...
 

Dos. İlham Əhmədov

Əvvəlcə universitetlərimizi universitet edək,  sonra  hara istəsəniz köçürək

Mətbuatda tez-tez belə təkliflər səslənir: "universitetlər  Bakıdan əyalətlərə köçürülsün".  Amma heç kəs demir ki, "gəlin universitetlərimizi universitet edək."  Paytaxtda inkişaf edə bilməyən universitetlər, əyalətdə inkişaf edə bilərmi? 

Belə “unikal” təkliflər təxminən 12  il əvvəl də tez- tez səslənirdi. Həmən illərdə bu məsələ müzakirə edilərkən, tədbirlərin birində bildirdim ki, “gəlin əvvəlcə universitetlərimizi universitet edək, sonra  hara istəsəniz köçürək.” 

Təbii ki, belə fikirlərin səslənməsi o illlərdə də TN-nin xoşuna gəlmirdi. Həqiqətən də dünya universitetlərinin reytinq cədvəllərində son pillələrdə yer tutan universitetlərimizi,   50-100 milyon vəsait xərcləyib  əyalətə daşımağın  nə mənası?  Halbuki,  universitetlərimizin inkişafdan geri qalmasının əsas  səbəbi  30 il ərzində onlara investisiyaların olmaması idi. 

Bu addım qəzalı halda olan binanın  çox baha qiymətə  şəhərin bir yerindən  yerinə daşınmasına bənzəyir, halbuki, bu pula qəzalı kökündən binanı söküb, 10 dənə belə  yeni bina tikmək olardı. Belə “unikal” ideyanın icrası nəticəsində  universitetlər  tezliklə əyalətlərdə olan filialların səviyyəsinə enəcək. 

Bu  təklifi verənlər bilməlidirlər ki, bir universitetin əyalətə köürülməsi üçün   ən azı  80 -100 milyon manat xərclənməlidir.  12  il əvvəl belə çağırışlar olanda nazirlik rəsmiləri deyirdilər ki, bir universitet üçün şəhər kənarında yeni kampusun tikilməsinə  100-150 milyon manat lazımdır (150-200 milyon $), bu gün bu rəqəmin  daha da artmış  ehtimal edilir. Halbuki,  heç bir universitetimizin inkişafına son 30 il ərzində   bu məbləğin heç 10 %  qədər investisiya qoyulmayıb. Bu gün də gündəmdə belə layihələr yoxdur.  

Tədqiqat Universitetlərini də beləcə,  pulsuz – parasız  “qurmaq”  istəyirlər. Heç bir investisiya qoyulmayan,  belə arxaik  "universitetləri" hara evakuasiya etsək də,  ondan müasir universitet ola bilməz. Bəlkə universitetlərin evakuasiyasına xərclənən pulları elə universitetlərimizin inkişafına yönəldək. Təyinatı üzrə xərcləncə, bizdə də tədricən müasir universitetlər yarana bilər.  

Bizə nə lazımdır? Müasir universitetlər qurmaq, yoxsa  şəhərdə yer boşaltmaq? 

Digər tərəfdən bu gün virtual təhsilin inkişafı dövründə bu nə kampus sevdasıdır belə? Hələ 10-15 il əvvəl dünyada virtual universitetlər var idi ki, heç bir kampusu yox idi,  amma  100 minlərlə tələbəsi  var idi, əksəriyyəti də xarici ölkələrdən olan tələbələr. Virtual Universitetlər bu günün, sabahın, gələcəyin  universitetləridir. Biz isə dünənin universiuitetini qurmaq üçün 100 milyonlar sərf etməyi təklif edirik.  

Universitetlərimizi müasir elm-təhsil mərkəzi edə bilsək, onun hansı məkanda yerləşməsinin heç bir əhəmiyyəti olmayacaq.  Bunun mümkün yollarından bəzilərini  hələ 15 il əvvəldən öz   məqalələrimizdə təklif etmişik.  Mövzunun aktuallığını nəzərə alaraq, həmən məqaləni bu yaxınlarda təkrarən nəşr etdik:  “Təhsildə qlobal rəqabəti artır. Buna hazırıqmı?”

https://paralel.az/az/article/440009?fbclid=IwAR1-hHq7b7JbxhvZScuCax19j3w5d46ABH9DQhVBCKp83UHfNRiCQ_gLZJs 

0.028887033462524