"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir
Bu həftə (21-23.11.2022 və 25.11.2022 tarixləri) daha 1 şəhər və 3 rayonda Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
"Paralel.az" xəbər verir ki, aksiya həftənin
1-ci günü saat 11:00-dan 12:00-dək #Astara rayonunda (Mədəniyyət Evi),
2-ci günü saat 13:00-dan 14:00-dək #Lənkəran şəhərində (Mədəniyyət Mərkəzi),
3-cü günü saat 11:00-dan 12:00-dək #Masallı rayonunda (Heydər Əliyev Mərkəzi),
5-ci günü saat 11:00-dan 12:00-dək isə #Biləsuvar rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.