Əncir yarpağının faydaları

Əncir yarpağının faydaları
 

Qanı təmizləyir, infeksiyanın qarşısını alır, xərçəngdən qoruyur...
Uzun illərdir şəfa mənbəyi kimi istifadə edilən əncirin yarpağı da özü qədər faydalıdır. Qədim Yunan və Roma dövründə tez-tez istifadə edilən bu yarpaq həmin dövrdə bir çox dərdin dərmanı olaraq görülürdü. Əncir yarpağının bağırsaqların işini intensivləşdirmək, ürək xəstəliklərinin qarşısını almaq və dəri problemlərini müalicə etmək kimi xüsusiyyətləri də mövcuddur.
Qədim dövrlərdə əncir yarpağının südü əqrəb və həşərat dişləmələrini sağaltmaq üçün istifadə olunurdu.
Bu yarpaqdan uzun müddət istifadə etmək üçün onu payızda yığıb qurutmaq tövsiyə olunur. Əncirin quru yarpaqlarından çay dəmləyərək də faydalanmaq mümkündür.
Əncir yarpağ həmçinin orqanizmə enerji verib maddələr mübadiləsini sürətləndirərək həzm problemlərini aradan qaldırır.
Necə istifadə etməliyik?
Əncirin yarpağını qaynadıb soyuduqdan sonra ağrı olan nahiyəyə çəkəniz, onun azaldığını görə bilərsiniz. Bu həmçinin müxtəlif dəri simptomlarına (qızartı, qaşınma kimi) yaxşı gəlir.
Qaynadılmış əncir yarpağı suyu ürək xəstəliklərində də təsirli ola bilər. Bu yarpaqların tərkibindəki maddələrin köməyilə qan axınını tarazlaşdıra və damar tıxanmasının qarşısını ala bilərsiniz. Ürək xəstəliklərindən qorunmaq üçün lazım olan omeqa yağı və turşular əncir yarpaqlarında mövcuddur.
Daha hansı faydaları var?
Əncir yarpağında olan liflər bağırsaq xəstəliklərinə də yaxşı təsir edir. Bu yarpaqlar eyni zamanda xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Əlavə olaraq bu yarpaqlar sümük ağrıları, dayaq-hərəkət sistemi xəstəlikləri üçün bitki mənşəli həll yolu da ola bilər. Əncir yarpağı təbii antibiotik təsiri ilə bədəndəki infeksiyaları azaldır. Sidik yolu infeksiyası zamanı üstünlük verilməli olan bitki mənşəli məhlullardan biridir.
Əncir yarpağından hazırlanan çayı həm də boğaz ağrısı kimi müxtəlif yuxarı tənəffüs yolları infeksiyaları üçün istifadə etmək olar. Qan şəkərini tarazlaşdıran xüsusiyyəti ilə diqqət çəkən əncir yarpağının tərkibində təbii insulin də var. Həkimin razılığından sonra istifadə edilən əncir yarpaqları diabet xəstələrinin həyatını asanlaşdıra bilər.
Paralel.az

0.019316911697388