Kim deyir elmdə pul yoxdur, yalan deyir

Kim deyir elmdə pul yoxdur, yalan deyir
 

İdris Abbasov:
Kim deyir elmdə pul yoxdur, yalan deyir. Sizi aldadırlar. Düşünürlər ki, qarınlarına şərik olarsınız. Var, özü də çox rahat yolu var. Həm pul qazanırsan, həm də sənə alim kimi səcdə edirlər. Bəli, pul var!!!
Oğrular, rüşvətxorlar, saxtakarlar, əliəyrilər, alıb-aldadanlar, savadlı və ya kəmsavad yaltaqlar, yalaqlar, riyakarlar, alverçilər, cibgirlər, büdcəgirlər üçün elmdə babat və rahat pul vardır. Həmin paraya yaxşı mənzil, qəşəng maşın, hətta mal, mülk alıb biznesmen də ola bilərsən. Ardınca vəzifə, səlahiyyət, xalqın oub-qalanını da tar-mar etmək imkanları gəlir.
Daha nə istəyirsən? Yetər ki, alim olmaqdan əvvəl yuxarıdakı keyfiyyətləri özündə tərbiyə et, mənəviyyatsızlıq, xəyanət və alçaqlıq aktına imza at! Çünki "alim öldü, aləm öldü" deməkdir. Bizim də son məqsədimiz elmi və alimi öldürməkdir, ona görə də imza atmaq zəruridir!
PS. İstəsəniz, müvafiq araşdırma aparıb dediklərim və hətta demədiklərim dəhşətləri təsbit edə bilərsiniz. Mən hələ təhsili demirəm.
Paralel.az

0.038455009460449