Zaqatalada velosipedçi avtomobilə çırpılıb

Zaqatalada velosipedçi avtomobilə çırpılıb
 

Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb.

"Paralel.az"ın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Elvin Ömərovun idarə etdiyi “VAZ 2106” markalı, 10 RA 993 dövlət nömrə nişanlı minik avtomobili velosipedlə hərəkət edən Muğanlı kənd sakinini vurub. Velosipedçi hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

0.018256187438965