7 yaşlı uşağın bıçaqlanması araşdırılır - YENİLƏNİB

7 yaşlı uşağın bıçaqlanması araşdırılır - YENİLƏNİB
 

Polis Bakıda 7 yaşlı uşağın bıçaqlanmasını araşdırır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı müvafiq polis bölməsi tərəfindən araşdrıma aparılır. Daxil olan məlumat üzrə ilkin əməliyyat axtarış tədbirləri həyata keçirilir. Hadisə Qanbay Vəzirov küçəsində dilənçilik və tüfeyli həyat tərzi sürən şəxslərin yaşadığı məhəllədə qeydə alınıb. Bıçaqlanan 2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Artur oğlu Yevlax rayon sakinidir.

***

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Paralel.az" xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Paytaxtın Sabunçu rayonunda azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı B.M saxlanılıb.

DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən araşdırma aparılır.

0.013903856277466