Uill Smitin yeni filminin treyleri yayımlandı

Uill Smitin yeni filminin treyleri yayımlandı
 

“Apple” baş rolda Uill Smitin çəkildiyi “Liberation” filminin ilk tam treylerini təqdim edib. Bu ekran əsəri “Apple TV+”da 9 dekabr 2022-ci ildə yayımlanacaq.

Film Smitin “Oskar” mərasiində Kris Roka sillə vurduqdan sonrakı ilk filmi olacaq.

“Liberation”dakı hadisələr ABŞ-dakı vətəndaş müharibəsi zamanı cərəyan edir. Süjetin mərkəzində ovçulardan gizlənərək İttifaq Ordusunun qoşunlarına çatmağa çalışan Piter (U.Smit) adlı qaçaq kölə dayanır. 
"Paralel.az"

0.012216091156006