Konstitusiya ilə təminat verilən məhkəmə təminatı hüququna konstitusiya qadağası

Konstitusiya ilə təminat verilən məhkəmə təminatı hüququna konstitusiya qadağası
 


Konstitusiya Məhkəməsi Ali Məhkəmənin Şəki “dövləti” adından (yoxa) çıxardığı qərardan şikayəti icraata götürməkdən imtina edib
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin inzibati və məhkəmə qaydasında hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Ana Qanunun 130-cu maddəsinin V hissəsinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
Ali Məhkəmənin, sədri Milli Məclisdən transfer olunan Səyyad Kərimov olan heyətinin 06.10.2021 tarixli qərarı da Şəki “dövlətinin” adından bu sətirlərin yazarı 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa olduğundan qadağanın aradan qaldırılması və (yoxa çıxan) qərarın ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə şikayət verilib. Konstitusiya Məhkəməsinin Palatası hakimlər Rövşən İsmayılov (sədrlik edən və məruzəçi-hakim) , Sona Salmanova və Kamran Şəfiyevdən ibarət tərkibdə 21.09.2022-ci il tarixli qərardadla şikayətin Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilməsindən imtina edib. Palata qərarını onunla əsaslandırıb ki, fərdi şikayətə baxılması halları ( tətbiq edilməli normativ hüquqi akt tətbiq edilmədikdə; tətbiq edilməli olmayan normativ hüquqi akt tətbiq edildikdə; normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə) müəyyən edilməyib , eləcə də şikayətin bir qismi işin faktiki hallarının araşdırılması ilə bağlı olub. Maraqlıdır, Ali Məhkəmə Şəki “dövlətinin” adından qərar qəbul edibsə və bu qərarı yoxa çıxarıbsa, hansı “baxılmış işin faktiki hallarının yoxlanılmasına yol verilmir” ? Bir də işin faktiki hallarının yoxlanılmaması Konstitusiya Məhkəməsinin qanunla doğrulanan hüququdur , şikayətçinin işin faktiki hallarını qeyd etməsi icraatdan imtinaya əsas ola bilməz. Konstitusiya Məhkəməsinin hakimlərinə demək olar ki, yoxlamırsınız, yoxlamayın!

Qərarın qanunsuzluğunu sübut edən faktlar isə şikayətdə göstərilib :1. Ali Məhkəmənin 06.10.2021 tarixli qərarı hələ də nə rəsmi, nə də qeyri-rəsmi qaydada verilib ;yalnız adsızlaşdırılmış forması portaldan götürülüb ( bu forma da indi yoxa çıxıb ).2. İPM-in 96.4 maddəsi tətbiq edilərək, yazılı icraat qaydasında işə baxılmalı olduğu halda, bu normativ hüquqi akt tətbiq edilməyib 3. İPM-in 78-ci maddəsi tətbiq edilməli olmadığı halda tətbiq edilib. 4. Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli, 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 5.3, 8.3 maddələri tətbiq edilməli olduğu halda, 15.5 və 15.6 maddələri tətbiq edilib. 5. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin yox, Şəki İnzibati Məhkəməsinin olmayan saxta 15.02.2019 tarixli qərardadı tətbiq edilib. 6. İPM-in 7 , 10- 16, 20-ci , 91, 9 2-ci, MPM-in 134-135-ci maddələri tətbiq edilməli olduğu halda edilməyib.
Şikayətçinin Konstitusiyanın 13 və 29-cu maddələri ilə təminat verilən mülkiyyət, 25-ci maddə ilə təminat verilən bərabərlik, 26-cı maddə ilə təminat verilən insan və vətəndaş hüquqlarını və azadlıqlarını müdafiə etmək, 38-ci maddə ilə təminat verilən sosial təminat, 60, 61-ci maddələr ilə təminat verilən inzibati və məhkəmə təminatı və müdafiəsi, 68-ci maddə ilə təminat verilən özbaşınalıqdan müdafiə və vicdanlı davranış , 71-ci maddə ilə təminat verilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı hüquqları kobud şəkildə pozulsa da, Konstitusiya Məhkəməsinin Palatası şikayətin icraata götürülməsindən imtina edib. Özü də şikayətin verilməsindən 7 ay sonra. Bu da Konstitusiya!
Qalır Avropa İnsan Hüquqları Məhkəməsi. Görək, uluslararası məhkəmə də şikayətin qəbulundan imtina edəcək ?

Şəki İnzibati Məhkəməsinin saxta 15.02.2019 tarixli qərardadı isə hələ də Azərbaycan Respublikasının məhkəmə hüquq sistemində ən yüksək hüquqi qüvvəyə malikdir .(???) Hələ də məhkəmə hakimiyyəti işə mahiyyəti üzrə baxılmayan QƏRARDAD ilə QƏTNAMƏni, QƏRARI ayıra bilmir.
Məğrur Bədəlsoy

Paralel.az

0.039191007614136