Daha bir Vətən müharibəsi iştirakçısının müraciəti təmin edildi - VİDEO

Daha bir Vətən müharibəsi iştirakçısının müraciəti təmin edildi - VİDEO
 

 

Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin iştirakçılarından biri də Əmrah Güləliyevdir. O, 2020-ci il sentyabrın 29-da döyüşlərə qatılıb. O, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Əmrah ordu sıralarından tərxis olunduqdan sonra işlə təmin olunması üçün SOCAR rəhbərliyinə müraciət edib.

"Paralel.az" xəbər verir ki, Vətən müharibəsi iştirakçısının ünvanladığı müraciətə müsbət cavab verilib. Artıq 1 ildir ki, o, SOCAR “Azəriqaz” İstehsalat Birliyində çalışır. Əmrah Güləliyev iş yerinin yaşadığı ərazidən uzaq olması ilə bağlı SOCAR rəhbərliyinə müraciət edərək iş yerinin dəyişdirilməsini xahiş edib. Vətən müharibəsinin iştirakçısının bu müraciəti də qısa müddət ərzində təmin edilib.

Əmrah Güləliyev həssas əhali kateqoriyasından olan insanlara göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə təşəkkür edib.

Video materialdan izləyə bilərsiniz:

0.014823913574219