Sifarişli həbsin qurbanı: Anar Zeynalovu kimlər və niyə həbs etdirdi?-“Nökər”ə çevirilmiş hakimin “hökmü”…
Anar Zeynalov nə qədər təhlükəli şəxs idi ki, hakim ona azadlıqdan məhrumetmə cəzası verdi?
Bildiyiniz kimi, Beyləqanda fəaliyyət göstərən Əliyevçi bloger Zeynalov Anar Ədalət oğlu Azərbaycan Respublikası Cinayət Məcələsinin 188.2 və 222-2.1-ci maddəsi ilə təqsirli bilinərək Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Nurullayevin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Qeyd edim ki, bloger Anar Zeynalov Beyləqan şəhəri ərazisində Beyləqan şəhər bələdiyyəsinə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə, həmin ərazidə tikili aparmaqda təqsirli bilinib.
Məsələ ondadır ki, İbtidai istintaq zamanı Anar Zeynalov həmin torpaq sahəsini Odelya adında xanımdan aldığı, həmin ərazinin ona məxsus olması barədə ilkin sənədlərin olması müəyyən olunub. Həmçinin yüksək gərginlikli elektrik xətti həmin torpaq sahəsi əldə etdildikdən sonra çəkilib. Əlavə olaraq onu da qeyd edim ki, apardığım araşdırmalar zamanı Anar Zeynalov həmin ərazidə tikinti apararkən qismən zəbetməyə yol verib. Hansı ki, Odeliya xanımdan sənəd əsasında əldə etdiyi torpaq sahəsində, (hansı ki həmin torpaq üzərində yarım tikili olub) tikinti işləri apararkən, həmin tikilinin ətrafındakı zibilliyi təmizləyib az bir hissədə zəbtetməyə yol verib. Bütün bunlar isə həmin işin ibtidai istinaq mərhələsində məlum olub.
Həmçinin, Anar Zeynlov həmin ərazidə tikintinin aparılmasının qanunsuz olması və aparılan tikintinin dayandırılması barədə nə yerli icra hakimiyyəti, nə də məhkəmədə zərərçəkən qismində tanınan bələdiyyə orqanından zəbtlə bağlı hissədə heç bir rəsmi bildiriş və ya xəbərdarlıq almayıb. Bu da onu göstərir ki, Anar Zeynalovun həbsi rayonun məhkəmə və müəyyən qurumları tərəfindən əvvəlcədən planlaşdırılıb.
Halbu ki, Məhkəmədə torpağın mülkiyyətçisi qismində çıxış edən qurumun əməkdaşları borcludurlar ki, vətəndaş tikinti işlərini həyata keçirərkən zəbtə yol verərsə, bələdiyyə orqanı həmin şəxsə bu barədə rəsmi qaydada xəbərdarlıq etməklə, aidiyyəti orqanlara da müraciət etsin. Əlbəttə, vaxtında qanunsuz tikili ilə bağlı hissədə Anar Zeynalova xəbərdarlıq edilmiş olsaydı, şübhəsiz ki, o tikintini dayandırar və başa çatdırmazdi. Anar Zeynalov etdiyi əməlin cinayət olduğunu bilmədən (beləki həmin torpaq sahəsinin ilkin sənədləri əlində olan Odelya xanım adlı şəxsdən əldə etdiyinə görə) həmin ərazidə tikinti işləri aparıb.
Maraqlıdır ki, hakim Ramiz Nurullayev Anar Zeynalov barəsində azadlıqdan məhrumetmə cəzası seçərkən, ittihamla azadlığın məhdudlaşdırılması və islah işləri növündə alternativ cəza növləri olduğu halda, hansı əsasla onun barəsində birbaşa həbs hökmü çıxarıb?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4-cü maddəsinin tövsüfünə görə, bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.
Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə, nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü çox ciddi cəza növünün qüvvəsini təmin etmir.
Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Məcəllənin 59.1.9-cu maddəsinin tövsüfünə görə, cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərfindən törədilməsi cinayətin törədilməsini yüngülləşdirən haldır.
Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən, bu Məcəllənin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmlər tərəfindən qətimkan tədbirinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət–prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədinə şəxsin cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə imperativ norma müəyyən etmişdir.
Həmin Sərəncamın 13.3-ci bəndində cəzanın növünün və həddinin müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, Sərəncamın 13.4-cü bəndində cəzanın təyin edilməsi əsalarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi tövsiyyə edilmişdir.
Hansı ki, həmin Məcəllənin 59.1.9-cu maddəsinin mənasına görə cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cinayətin törədilməsini yüngülləşdirən haldır.
Hazırda cinayət işinin materiallarında da Anar Zeynalovun psixi pozuntusunun olması, Beyləqan rayon Mərkəzi Xəstəxanasında “şizofreniya-şəxsiyətin isterika tipli dəyişməsi” diaqnozu ilə dispanser qeydiyyatda olması barədə arayış var.
Həmçinin də həyat yoldaşının onkoloji xəstə olması da kifayət edir ki, Anar Zeynalov barədə digər alternativ cəza növü seçilə. Bunlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə görə cəzanı yüngülləşdirən halladır ki, Beyləqan rayon məhkəməsi bunları nəzərə almamışdır.
Eyni zamamda da Beyləqan rayon məhkəməsi Prezident İlham Əliyevin cəza siyasəti ilə bağlı müvafiq Sərəncamının tələbinə əməl etməmiş, öz hökmündə nəyə görə sanksiyası azadlığın məhdudlaşdırılması və islah işi növündə cəza olduğu halda azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslandırmamış, alternativ cəzanı tətbiq edilməsinin mümkünlüyünü istisna edən hansı halların mövcudluğunu göstərməmişdir.
Bütün bunlarda onu göstərir ki, həm hakim Ramiz Nurullayev həm də ittihamı müdafiə edən prokuror kimlərinsə sifarişini icra etməklə, Anar Zeynalovu qərəzli səkildə həbs ediblər.
Qeyd edim ki, bu işin ibtidai istintaqı zamanı da Anar Zeynalovun həm müdafiə hüququ pozulmuş, həm də onunla qərəzli davranışlara yol verilmişdir.
Bu haqda isə sonrakı yazımda oxuyacaqsınız.
Ramin Məhəmmədoğlu
“RealMedia.az” saytının baş redaktoru