Böyük Türk Qəhramanı - "KÜRŞAD"
İntiqam Əsədov:
( Kitabsevər usaqlar)
Tarix əslində çox qəribədir--Bəzi qəhrəmanlarına tam haqqını verir, bəzi gərəksizlərdən çox bəhs edər, bəzi böyüklərin heç adını da cəkməz, bəzilərindənsə sadəcə bir iki kəlmə ilə bəhs edər. Kürşad da bu sonunculardandır.
Onun haqqında nə bilirik deyə soruçsalar--Çinlərin əsarətindən qurtarmaq üçün mübarizə aparan, Çin sarayına hücüm edən, sonda öldürülən biri kimi cavab veririk əslində.
Bu dəfə Kürşadın necə biri olduğunu bilmək, onun qəhrəman yoldaşları haqqında məlumatlanmaq, əslində məqsədi nə olduğunu, hadisələrin necə cərəyan etdiyi haqqında bir qədər məlumatlanaq:
Kür-ox, Şad-bir bölgəni idarə etmək üçün göndərilən birinə deyilir. Onun əsl adı isə Şu Tigindir. Kürşad adını ona əmisi Qara Xaqan verib. O, Göytürk hökmdarı Çuluk xaqanın oğlu idi. Bu dövrdə Çin şahzadələri ilə Türk xaqanlarının evliliyi dövlətə çox zərər vururdu. Nəticədə Türklər müxətəlif casusluq və planlarla əsir düşməyə başladılar.
Türk adətlərinə görə, xaqanın ölümündən sonra hakimiyyətə gələn yeni xaqan onun həyat yoldaşı ilə evlənmək məcburiyyətində qalırdı. Kürşadın atası ögey anası Çinli şahzadə (İçing Xatun) tərəfindən zəhərlənərək, 621-ci ildə öldürüldü, bu zaman onun yerinə əmisi Qara xaqan hökmdar oldu;
Lakin Qara Xan Çinlə döyüşdə məğlub olduqda, hər ikisi də Çin tərəfindən əsir götürüldü. Bu dövrdə Göytürklər həm Çinə, həm Dokuz Oğuz və uyğurlarla da mübarizə aparırdılar. Qara xaqan çox fərasətsiz, bacarıqsız bir dövlət adamı idi. Həmin il çıxan quraqlıq və yoxluqdan sonra Çin vəziyyətdən istifadə edərək Türklərə hücum etdi. Qara xaqan bu döyüşdən sonra əsirlikdəykən vəfat edir.
Bundan sonra, Çinlə razılaşan "Sirba" dövlətin başına gətirildi, lakin Kürşad və digər türk sərkərdələri öz doğma yurdlarını itirməyi və əsirlikdə qalmaqla barışa bilməzdilər, bundam sonra onlar öz planlarını hazırlayırlar.Plana görə:
Geceleri geyimini dəyişdirərək vilayətlərə çıxıb təkcə gəzmək adəti olan Çin hökmdarı Taytsungu tutub girov götürməyə və bu sayədə Çin sarayına girərək orada olan Kürşadın böyük qardaşının oğlu Urku Tigin 'qurtarıb, toplayabildikləri qədər Türk ilə birlikdə Ötükənə gedərək təkrar dövlət qurmağa, Urku Tigin'in də Xaqan elan etməyə qərar verirlər. Əgər Bu plan uğurlu olsa öz adaqlıqlarına qovuşacaqdılar. Lakin qiyam üçün hərəkətə keçdikləri gecə leysan halında yağan yağış üzündən Çin hökmdarı sarayından çölə çıxmadı. Qiyamı təxirə salmanın təhlükəli olacağını düşünən Kürşad, qırx döyüş yoldaşı ilə birlikdə Çin sarayına gedər, məqsədi sarayı basaraq hökümdarı əsir almaqdır. Leysan yağış altında saraya doğru gedən qırxbir Türk igidi saray qapısına çatdıqları anda döyüş başlayır. Yüzlərlə Çinli döyüşçü ödürülməsinə rəğmən minlərləsi üzərlərinə hücumu davam etdirirdi. Göytürklərin bir qismi sarayın içində döyüşərkən şəhid olur, sağ qalanlar isə Kür Şadın öndərliyində saraydan çıxaraq Vey irmağna doğru hərəkət edərlər, niyyətləri İrmağı keçərək Ötükənə doğru getçəkdi .Amma leysan halında yağan yağış üzündən yüksələn sular körpünü dağıtdığı üçün qarşıya keçə bilməzlər və arxalarından gələn Çin ordusu ilə son dəfə igidcəsinə mübarizə aparmalı olurlar.
Minlərlə çin qoşununa qarşı vuruşan bir ovuc igid əsl qəhramanlıq dastanı yazmış, bütün yoldaşları şəhid olduqdan sonra sonda Kürşad qalmış ən sonra o da öldürülmüş lakin, atından aşağı enməmişdir.Kürşad ölmüş lakin məğlub olmamışdır əslində.
Bundan sonrakı illərdə əsarətdə qalsalarda 682 ci ildə İltəriş xaqan və Bilgə Tonyukuk II Göytürk dövlətini qurmuşlar.
(Bu hərəkat sırf azadlıq uğrunda idi, bunu Kürşadın öz istəyi sübüt edir, belə ki o əgər üsyan qalib gəlsəydi azad olacaqdılar və hakimiyyətə qardaşınl gətirəcəkdi.Bu hərəkat bir daha türklərin azadlıqsevər və əsarət altında qalmaz bir xalq olduğuni sübüt etdi)
Paralel.az