Şirvan sakinləri "Açıq mikrofon"da müraciətlərini səsləndirdi - FOTO
SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Səyyar qəbul otağı" bu dəfə Şirvan sakinlərinin ixtiyarında olub. Mikrofon önünə keçən Hacıqabul sakini Nazim İmanov uşaq baxçasının qazlaşdırılmasını xahiş edib.
"Paralel.az" xəbər verir ki, aksiyada səslənən 8 müraciətdən 6-sı sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi ilə bağlı olub.
"Açıq mikrofon" aksiyasında çıxış edən SOCAR "Azəriqaz" İB-nin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.