Dilçi alim Mətanət Tağıyeva yazır...

Dilçi alim Mətanət Tağıyeva yazır...
 

Rəngindən bəxş edib sənə asiman,
Savaşlarda axıb torpağına qan,
Yaşamaq haqqını verib Yaradan.
Amalım, qürurum, iftixarımsan.
Şövqlə dalğalanan sülh şüarımsan!
Qoynundaki ayparan, ulduzun sönməz!
Bir kərə qalxan bayraq bir daha enməz!

Bu sözləri 18 il əvvəl bəstələdiyim mahnıya mətn yazmışdım. Aranjiman edib peşəkar müğənnilərlə səsyazma studiyasında diskə həkk etməyə imkan var idi. Amma fikirləşdim ki, əcdaha qarınlı, əndazəsiz şou-biznes mənşəli Fm-radio raskrutkasına tab gətirməyəcəm. Onsuz da şəxsi arxivdə xalq artistlərinin səsində mahnılarım yatır.

Bu, şarkı Vətən sevgisindən doğulmuşdu. Ötən onilliklər ərzində bizim nəsil yaradıcı əlillərin bəxti gətirməsə də, ümidi kəsməyək ki, bizdən sonra gələn əngəlli şair və bəstəkarların işi abad olacaq.

Bayraq Gününüz mübarək!

Sözümü həmin mahnımın nəqarəti ilə tamamlayım:

Qoy ellər eləsin sənə tamaşa!
Gəz dünyanı başdan-başa!
Yetməsin qoy ömrün başa!
Üçrəngli bayrağım, yaşa!

"Paralel.az"

0.02167797088623