Nazim Bayramovun daha hansı cinayətləri hələ açılmayıb? 

Nazim Bayramovun daha hansı cinayətləri hələ açılmayıb? 
 

Ərastun Oruclu:
Bir neçə gün əvvəl vaxtilə cəmiyyətə "hərbi ekspert" kimi sırınanlardan birinin - Nazim Bayramovun həbs olunduğu haqda xəbər yayıldı. Bu haqda yazmağa xəbərin ardınca onunla bağlı olan çevrələrdə baş verənləri diqqətlə izlədikdən sonra qərar vermişdim.

Hərçənd, onun haqqında artıqlaması ilə yazmışam və danışmışam.
Hələ 1993-cü ildən necə deyərlər dabbaqda gönünə bələd olduğum Nazim Bayramovun vaxtilə öz profilində də yazıb ona narahat suallar vermişəm. Məsələn, "Bu tapşırığı da QRU-dan (Rusiya hərbi kəşfiyyatı) almısınız?" və s. kimi suallarla birbaşa özünə müraciət etmişəm.

Nazim Bayramov həqiqətənmi tutulub? Elədirsə onun xəyanət şərikləri nədən israrla gah həbs olunmadığı, gah azad edildiyi, gah da ev dustaqlığına buraxıldığı haqda şaiyələr yayırlar? Rusiya kəşfiyyatı Azərbaycanda öz casus və informatorlarından necə ekspert, jurnalist, blogger kimi "ictimai fiqurlar" yaradır?
Nazim Bayramovun daha hansı cinayətləri hələ açılmayıb? Onun haqqında hansı qurumlara arayışlar təqdim edilib və həmin məxfi sənədləri kimlər gizlədib? QRU hansı informatorlarını Hazim Bayramovun vasitəsilə idarə edirdi? Hikmət Həsənov nədən ona 1-ci Ordu Korpusunda sərbəst davranmaq imkanları yaratmışdı?

Gördündüyü kimi sualların sonu yoxdur, amma onların bir hissəsinin cavabı da yoxdur. Çünki həmin cavabları yalnız təhlükəsizlik orqanlarının apardığı təhqiqat və istintaq üzə çıxara bilər.
Bu günün özəlliyini nəzərə alaraq Nazim Bayramov haqqında ətraflı yazımı yaxın günlərin birində paylaşacağam.

"Paralel.az"

0.022934913635254