"Azəriqaz" rəhbərliyinin Göyçay və Ağdaş sakinləri ilə görüşü olacaq
"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB rəhbərliyinin Göyçay rayonunda vətəndaş qəbulu keçiriləcək.
10 noyabr saat 11:00-da Göyçay şəhəri, Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) baş tutacaq görüş zamanı Göyçay və Ağdaş sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050 845 75 15) müraciət edə bilərlər.