Sən də dərdə çarə olmadın...
İdris müəllim:
"Ax, tibbi sığorta, tibbi sığorta... Sən də dərdə çarə olan olmadın. Səmimiyyətsizlik, süründürməçilik, zülm və biganəlik. Bilirəm, deyəcəksən ki, təhsil necə, elm necə, mən də elə...
Heç kəsə sirr deyil ki, xəstə cəmiyyətin baniləri qanunsuzluq girdabında üzən xəstə ruhlu, vicdanı sönük, üzüdönük, vecsiz səlahiyyətlilər, onların böyük sayda riyakar züy tutanları və nəhayət, öz haqqına xəyanət edən xalqdır.
P.S. Qanunsuzluğun, korrupsiya və rüşvətin girdabında bəslənən xəstə cəmiyyətin fərdləri daim xəstə olacaqlar: həm fiziki, həm də ruhi cəhətdən. Onların murdar yollarla milyonlara sahib olmaları İlahi qanunauyğunluğu inkar edə bilməyəcək. Haqq olmayan yerdə xoşbəxtliyi milyonlara, milyardlara satın almaq mümkün olmayacaq".
Paralel.az