Bəd xassəli şişlərə dərman bitki
Bitki haqqında əldə edilən kəşf nəticələri böyük bir həyəcan yaradıb. İngiltərənin "Daily Express" qəzetində "Işgın həyatımızı xilas edə bilər" başlığı ilə yayılan xəbər dünya mediasında böyük səs-küy doğurub.
Quzuqulağı fəsiləsindən olan bu bitkinin latın dilində adı "Rheum ribes"dir. Bitki Anadoluda bölgələrdən asılı olaraq ışkın, aşgın, aşkın, eşkin, eşgin, ıçgın, ıçkın, uçgun, uçkun, uşgun və uşkun adları ilə tanınır. Işqın isti və subtropik bölgələrdə yetişir. Tozlanması külək vasitəsilə baş tutur və tibbi bitkilər sinfinə girdiyi üçün farmakoloji araşdırmalarda da sıx-sıx istifadə olunur. Çiy olaraq yeyilir, amma yağda, yumurtada qızartması da olur və turşusu hazırlanır.
Bitkinin Azərbaycan versiyasındakı adı isə ciddi müzakirələrə səbəb oldu. Sosial şəbəkədə gedən müzakirələrdə bu bitkini daha çox çaşır adlandıranlar oldu. Onun yazda bitdiyini, daha çox Laçın, Kəlbəcər, Daşkəsən, Naxçıvan tərəflərdə çox populyar olduğunu deyənlər oldu. Bitkinin yığılma dövrü də yaz mövsümüdür. Sosial şəbəkə istifadəçiləri bildirdilər ki, hal hazırda bu bitkinin turşusunu da hazırlayanlar var. Özəlliyi isə odur ki, turşu bankası açılandan 24 saat ərzində istifadə olunmalıdır. Əks təqdirdə rəngini dəyişir ki, bu da istifadə zamanı toksik maddələr yaradır.
Versiyalardan biri isə bitkinin adının uşqun olması ilə bağlıdır. Ona latınca "Rheum ribes" deyildiyi, Azərbaycan elmində isə "Qarağat rəvəndi" adlandığı yayılan bilgilər var.
Paralel.az