Bina sakinləri Prezidentə və dövlət qurumlarına müraciət etdi: "Binada yaşaya bilmirik, bizə kömək edin"!
Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev cənablarına;
Surəti: Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti hörmətli Mehriban Xanım Əliyevaya;
Surəti: Azərbaycan Respublikasının cənab Əli Əsədova;
Surəti: Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Teymur Musayevə;
Surəti: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri
cənab Muxtar Babayevə;
Surəti: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə;
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Palatasının sədri cənab Məmməd Abbasbəyliyə;
Surəti: Azərbaycan Metrologiya İnstitutunun baş direktoru cənab Rövşən Əliyevə;
Surəti: Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru cənab İlham Bayramova.
Bakı şəhər, Binəqədi rayonu, Rəşid İsmayılov 11 D ünvanındakı 16 mərtəbəli yaşayış kompleksinin çoxsaylı sakinləri tərəfindən
Ş İ K A Y Ə T
Biz çoxsaylı bina sakinləri olaraq, Sizə bildiririk ki, yaşadığımız bina kompleksinin həyətində qanunsuz olaraq, “Harmoniya” Şirniyyat mağazası və yaşayış kompleksinin özündə yerləşən “Army market” bina sakinləri üçün çox təhlükəli fəaliyyət göstərirlər. “Harmoniya” Şirniyyat mağazasının və “Army market”in öz daxilində açılan şirniyyat sexininin havalandırma sistemi olmadığına görə, oradakı pis iy, qoxu yaşayış kompleksinin 16-cı mərtəbəsinə kimi yayılır. Bu obyektlərdən çıxan pis iy və qoxu üzündən pəncərələrimizi aça bilmirik. Bütün bu qoxu mənzillərimizdə normal yaşamağa imkan vermir.
“Harmoniya” Şirniyyat mağazasının havalandırma borusu yoxdur. Mağazadan birbaşa həyətə sovrulur. Onu da bildiririk ki, “Army market”in üstündə “Nağıl Kids” uşaq baxçası fəaliyyət göstərir. Oradan çıxan pis qoxu uşaqları da narahat edir. “Army market”in öz daxilindəki şirniyyat sexinin vaxtilə möcud olmuş borusu məhz bu uşaq baxçasının açılması səbəbilə ləğv edilmişdir. Bərbad, yarımçıq havalandırma borusu ilə sexdəki qoxunun bir qismini birbaşa həyətə, bir qismini isə binanın zirzəmisinə yayılır. MTK-nın zirzəmisində gizli fəaliyyət göstərən şirniyyat sexinə qanunsuz qaz xətti də çəkilib.
Bütün bunlardan əlavə parkovka edilən avtomobillərə görə MTK-nın həyətdə addım atmağa yer yoxdur.
MTK-nın zirzəmisində çox sayda avtomobil üçün qaraj olduğu halda, binada yaşaya ailələrin uşaqlarının hərəkətinin təhlükəsizlyi pozulub və bu da hər an uşaqların həyatı üçün böyük təhlükə yaradır.
Qeyd edək ki, bu dözülməz halla bağlı və MTK-nın həyətyanı sahəsinin zəbt edilməsinin qarşısının alınması üçün bina rəhbərliyinə etdiyimiz çoxsaylı müraciətlərə isə əhəmiyyət verilmir.
Hörmətli "Paralel.az" saytının baş redaktoru, Sizdən artıq dərəcədə xahiş edirik ki, MTK-da yaşayan çoxsaylı ailələrin bu çətin problemlərinin əlaqədar dövlət qurumlarına çatdırılması üçün şikayətimizin saytınızda dərc edilməsinə icazə verib, bizə yardımçı olasınız.
Öncədən Sizə təşəkkür edirik.
Hörmətlə, Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov 11d yaşayış kompleksinin çoxsaylı sakinləri adından
Nəzrin Məmmədova
04/11/2022