MƏRHƏMƏT anlayışı deyir ki...

MƏRHƏMƏT anlayışı deyir ki...
 

Siracəddin Hacı:  

Sevgili HÖTE mərhəmət qəlbin zəkasıdır deyir – qəlb mərhəmətlə anlayır, diri qalır, hiss edir;
- Diri, sağlam, aktiv ağılın, vicdanın, qəlbin əməlidir;
- Acımaq deyil, acımaqda təkəbbür var, acıtmamaqdır;
- Gerçək imanın meyvəsidir;
- Təkəbbürlü olan məzlumların fəryadını eşitməz – içindəki təkəbbürün səsini boğmayan Allahın, insanın, təbiətin səsini duymaz;
- Qədərdaşlıqdır – bir arada yaşamaq qədərimizdir, bunu təmin edən dəyərlərdən biri də mərhəmətdir;
- Fərqli olmağa ayə, nemət, zənginlik kimi baxmaq, onu qəbul etməkdir;
- Özünü başqasının yerinə qoymaqdır;
- Hər kəsin şərəfli, azad, hüzurlu yaşamaq haqqı var anlayışıdır;
- İnsana, çiçəyə, böcəyə, ağaca, suya... Allahın ayələri kimi baxmaq, onların haqqına toxunmamaq, qorumaqdır;
- Zülm etməmək, zülmə qarşı çıxmaq, doyurmaq, əldən tutmaq, göz yaşını silməkdir;
- Həmhal olmaqdır;
- Fitri duyğudur, bacarığa, xarakterə çevrilməsi tərbiyə işidir;
- Mərhəmət ölsə, insanlıq ölər;
- Mərhəmət olsa, irqçilik olmaz;
- Silahlanmanın səbəbi mərhəmətsizlikdir;
- İnsanlığı dirildən, diri tutan mərhəmətdir;
- Sağlam münasibətlər mərhəmət və ədalətə bağlıdır;
- Analığın, müəllimliyin əsasıdır;
- İdarəçiliyin mayasıdır;
- Düşüncəni, duyğunu, sevinci, kədəri, qazancı paylaşmaqdır;
- Anlamaq, dəyər vermək, hiss etməkdir;
- Duyğudaşlıqdır – duyğusal ehtiyacları ödəməkdir;
- Toxunmaq, əlindən tutmaq, öpmək, qucaqlamaq, sevgi dolu baxış, səmimi gülüşdür;
- Ümid, cəsarət, güvən verməkdir;
- Doğru danışmaqdır;
- İsrafdan qaçmaqdır;
- Xeyri çoxaltmaqdır;
- Xeyirli zaman ayırmaqdır;
- Sosial ədalətdir;
- Toplumun mənəvi sığorta sistemidir;
- Əməyi və ehtiyacı qədər maaş verməkdir, insanı insana möhtac etməməkdir, sosial dövlət olmaqdır;
- Halal qazancın yolunu açmaqdır;
- Hər kəsə ədalət, hər kəsə mərhəmət, hər kəsə rifah ölçüsüdür;
- Halal qazancın yolunu açmaqdır;
- İnsana, çiçəyə, suya, ağaca salam verməkdir;
- Hədiyyələşməkdir, ömrü yavaş-yavaş yaşamaqdır, xəstə ziyarətidir;
- Nə qədər mərhəmətlisənsə, o qədər insansan;
- Sevgili TOLSTOY deyir ki, başqalarının acısını hiss etməkdir;
- Sınırsız mərhəmətli olma, bu səni hədiyyə insanına, xidmətçiyə, qulluqçuya çevirər, istismarın yolunu açar, başqalarının işini yerinə yetirmə, işi öyrət;
- Sınırı/həddi bilmək mərhəmətdir;
- Mərhəmətli toplum hüzurlu toplumdur;
- Şumlamaq, toxum səpmək, əmək vermək torpağa mərhəmətdir;
- Güclü olan mərhəmətli olar;
- Seçim haqqını tanımaqdır;
- Bağışlamaq, səbirli olmaqdır;
- Mərhəmət biz-birlik şüuru verir;
- Fiziki, psixoloji şiddəti rədd etməkdir;
- İlahi rizaya yol açır;
- Ana rəhmi, Allahın ər-Rəhim adı, mərhəmət sözü eyni kökdəndir – mərhəmətdə sevgi, qoruma, güvən var;
- QURANİ-KƏRİMİN 114 surəsi var, 113-ü Allahın Rəhman və Rəhim adı ilə başlayır;
- Allah mərhəməti zatına yazmışdır;
- Allah Rəsulu buyurur ki, mərhəmət etməyənə mərhəmət olunmaz;
CÜMƏNİZ MÜBARƏK OLSUN, ALLAH MƏRHƏMƏTİMİZİ ARTIRSIN, BİZİ MƏRHƏMƏTLƏ BİR-BİRİMİZƏ BAĞLASIN, GÖZƏL İNSANLAR!
AMİN!

Paralel.az

0.018619060516357