“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
"Paralel.az" xəbər verir ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 4 noyabr saat 11:00-da başlayacaq.
Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.