8 Noyabr – Zəfər Günü ərəfəsində şəhid ailələrin ziyarətləri davam edilir - FOTO

8 Noyabr – Zəfər Günü ərəfəsində şəhid ailələrin ziyarətləri davam edilir - FOTO
 



Qaradağ rayon icra hakimiyyətinin tədbirlər planına əsasən 8 Noyabr – Zəfər Günü ərəfəsində bayram münasibəti ilə əlaqədar olaraq dövlətimizə və millətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid ailələrini ziyarət etməyi, onların bayramlarını təbrik edərək, ailələrə yardım edilməsi planlaşdırılmışdır.
"Paralel.az" xəbər verir ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri şəhid Ataməli Seyidməmməd oğlu Musaoğlunun, Səməndər Vahid oğlu İsmayılzadənini, şəhid Saməddin Mehman oğlu Fərziyevinailələrini ziyarət olunmuşdur. Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilmiş, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunmuşdur.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.

0.013363122940063