Payız adamam

Payız adamam
 

PAYIZ ADAMAM

Payızda göylərin qara buludu,
Torpağı isladan yağış oluram.
İçim ki, kədərlə, qəmlə doludu,
Düzlərdə qırovlu naxış oluram.

Ruhum da dəlisov külək kimidi,
Ürəyi tovlayıb, könüldən əsir.
Elə bil yenə də vuruş dəmidi,
Cihada tələsir, yurda tələsir.

Arada qüssəli günəş oluram,
Ətrafa nur saçır xəfif hənirim.
Gündüzü elə bil borca alıram,
Üfüqlə qaralır səsim- səmirim.

Yazda baharamsa, yayda odamsa,
Payız olmayınca qışı dadamam.
Şairlər doğuşdan fəsil adamsa,
Mən indi payızam, payız adamam!

Təvəkkül Goruslu. 02. 11. 2022

Paralel.az

0.030488967895508