Azərbaycan himninin mətninin şərhi - II yazı

Azərbaycan himninin mətninin şərhi - II yazı
 

Siracədddin Hacı:

ƏHMƏD CAVAD -130
- Milli marş Azərbaycanın qəhrəman övladın (övladların) ŞANLI VƏTƏNİ olmasının şərtlərini açıqlayır: igid övladlar Vətənənin inşası üçün əmək, zaman, qaynaq ayırdılar, can verdilər, qan tökdülər;
- Minlərlə can qurban oldu – möhtərəm şair çoxluq ifadə edən söz seçir, sayı-hesabı yoxdur, adı bilinməyən o qədər igid var ki! Azərbaycanın hər qarışı şəhid qanı ilə yoğrulmuşdur, ey Vətən övladları, onları unutmayın, unutsanız, Azərbaycanın müstəqil, azad yaşamaq haqqı əldən gedər;
- “Can” sözü – insanın ən dəyərli varlığını ifadə edir, içində sevgi olan bədən can olur, maddi olan mənəvi olana çevrilir, canı, sözü, fikri, elm, əməyi ilə şəhid olan o qədər igid var ki!;
- Milli marş “öldü”, “həlak oldu” demir, “qurban oldu” ifadəsini seçir, qurban olmaq yaxın olmaqdır, insan Allaha mənəvi yaxınlıq üçün qurban kəsər, o igidlər də Allahın bizə əmanəti olan Azərbaycan üçün qurban oldular ki, ilahi sevgini qazansınlar, əmanət üçün qurban olmayana azad Vətən verilməz, Allahın rizası qazanılmaz!;
- Sinən hərbə meydan oldu – ƏHMƏD CAVAD Azərbaycanın siyasi, coğrafi, strateji kimliyini o qədər dəqiq ifadə edib ki! Azərbaycan o dərəcədə dəyərli bir məkandır ki, hər kəs ona sahib olmaq istədi, istəyir, istəyəcək. RƏSULZADƏ də bir məqaləsində yazır ki, Azərbaycan əbədi mübarizə meydanıdır. MESAJ var: Azərbaycanı əldə tutmaq üçün güclü ordu, böyük elm, mədəniyyət, sağlam din anlayışı, azadlıq, ədalət, rifaha bağlı milli birlik, etibarlı müttəfiqlər zəruri şərtdir – zəif olmaq Vətənə xəyanətdir;
- Hüququndan keçən əsgər – bir insanın, o sıradan əsgərin təməl haqqı yaşama, həyat haqqıdır, “hüquq” sözü “haqq” sözünün cəmidir, igid əsgər müstəqil, azad, ədalətli Azərbaycanın varlığı üçün bütün haqlarından keçmiş, imtina etmiş, ən dəyərli hüququnu - həyatını qurban vermişdir;
- Hərə - hər biri bir qəhrəman oldu, qəhrəman olmayan əsgər yoxdur, Azərbaycan üçün şəhid olan hər əsgər qəhrəmandır, əzizdir, dəyərlidir. Marşın bu bəndi deyir ki, müstəqil Azərbaycanın, azad yaşamağın, ədalətli cəmiyyət qurmağın bədəli ağırdır, bədəl ödəyənləri unutma, bədəl ödəməyə hazır ol;
Ardı var…

Paralel.az

0.064626932144165