Ürəklərdə ölməyin

Ürəklərdə ölməyin
 


Ürəklərdə ölməyin

Sevgi olmaq istəyirəm
Ürəklərdə yaşamaqçün.
İnam olmaq istəyirəm
Ürəkləri yaşatmaqçün.
Milyonların arasında yaşayaraq
bir ürəkdə ölməkdənsə.
Bir həyatçün
bu canımdan keçərəm mən.
Yad ellərdə
bulaqlardan şərbət axsa istəmərəm,
Xəzərimin duzlu suyun
ovuc-ovuc içərəm mən.
nələr-nələr edərəm mən.
Dostluq olub eldən-elə gedərəm mən.
Yer üzünü gülüstana döndərərəm,
Sərhədlərdə çiçək kimi bitərəm mən.
Ey insanlar, bir arzum var hamınıza,
Yaşamağı çox da asan bilməyin siz.
Bu dünyadan köçəcəyik əvvəl-axır,
Çalışın ki, ürəklərdə ölməyin siz.

Müəllif: Kamalə Abiyeva

Paralel.az

0.021681070327759